Prezidentin məmurlara tövsiyə etdiyi maşınların qiyməti

  • 27 yan 2016, 17:45

Prezident İlham Əliyevin məmurlara tövsiyyə etdiyi "NAZ Lifan” markalı avtomobillərin qiymətləri 2500 - 25000 manat arasında dəyişir.

Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsal etdiyi bu maşınların 9 modeli var. 

Hazırda xetçbek tipli "NAZ Lifan-320” və "NAZ Lifan-330”, sedan tipli "NAZ Lifan-620”, "NAZ Lifan-630” və "NAZ Lifan-720”, krossover tipli "NAZ Lifan X-60”, yükbortlu "NAZ Lifan LF-1022”, yük furqonlu "NAZLifan LF-5028” və mikroavtobus "NAZ Lifan LF-6401” istehsal olunur.

"NAZ Lifan” şirkəti ilk dəfə kompakt krossoveri - X60 modelini istehsal edib. Bu krossover tipli maşın Çində satılır. Onun qiyməti 12 min 500 manatdır. 

"Lifan Х60” daşıyıcı konstruksiyalı avtomobildir, güc aqreqatı köndələn formada yerləşdirilib. Mühərrik yenidir, həcmi 1,8 litr, qüvvəsi 133 at gücü təşkil edir, qazbölüşdürmə fazalarının dəyişdirilməsi sistemi ilə təchiz olunub. 

Zavodun istehsal etdiyi maşınların ən ucuzu "Naz Lifan 620” modelidir - 3100 manata. "Naz Lifan-520” modelini isə 7500 manata almaq olar. 

"Naz Lifan X60” modelinin 2012-ci il buraxılışı 14,725 manata, 2015-ci il buraxılışı isə 22,475 manatadır. "Naz Lifan 720” modelinin son buraxılışı 24 min 800 manatdır. Naxçıvan Avtomobil Zavodu istehsal etdiyi krossoverlərə 2 il zəmanət verir. 

"Naxçıvan Avtomobil Zavodu (ölkə məmurlarının istifadəsi üçün bir neçə adda model təklif edə bilər. NAZ-ın istehsal gücü ildə 5 min avtomobil təşkil edir. Amma 2 növbəli iş qurulsa, bu rəqəmi ildə 10 min avtomobilə çatdırmaq olar. İstənilən qədər avtomobil istehsal edə bilərik, təki alıcı olsun”.

Bunu "Fins.az”a NAZ-ın direktoru Musa Abdullayev ölkə başçısının məmurların bu zavodun avtomobillərindən istifadəyə çağırmasına münasibət bildirərkən deyib. M.Abdullayevin sözlərinə görə, 2016-cı ildən "Lifan 820” modelinin istehsalına başlanıb/axar.az/. 

Oxşar xəbərlər