BDU əməkdaşlarının maaşı yenidən artırıldı

  • 15 yan 2016, 20:21
Bu barədə Bizimyol.info-ya BDU-nun mətbut xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib.

Bakı Dövlət Universitetinin Elmi Şurası BDU-nun bütün əməkdaşlarının əmək haqqının tutduğu vəzifədən asılı olaraq artırılmasını qərara alıb. Bu qərara əsasən, rektor tərəfindən 2016-cı ilin fevral ayının 1-dən etibarən üç mindən çox universitet əməkdaşının əmək haqqının ilkin mərhələdə 200 manatadək artırılması barədə müvafiq əmr imzalanıb. Bununla yanaşı, differensasiya əsasında elmi-pedaqoji fəaliyyəti ilə fərqlənən 300 nəfərdən çox professor-müəllim heyətinin və elmi işçilərin əmək haqqının əlavə olaraq ayda 100 manat artırılması barədə də qərar qəbul edilib. Onu da xatırladaq ki, ötən ilin sonunda universitetin hər bir əməkdaşına birdəfəlik mükafat verilmişdi.
Oxşar xəbərlər