Xəbər lenti
Bütün xəbərlər

Bakıda ən ucuz qiymətə mənzilləri haradan almaq olar ?

  • 11 yan 2016, 21:34

Hazırda Bakının təkrar (yəni köhnə mənzillər) bazarında satışda olan mənzillərin orta qiyməti 1 182 dollar/kv.m-dir.
Demokratik.Az bildirir ki,bu barədə "MBA group" konsaltinq şirkətinin məlumatında bildirilir.
Şirkət bildirir ki, hazırda satışda olan evlərin əksəriyyəti 1 500 dollar/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir. Bu dəyərdə olan mənzillər ümumi portfelin 55,7%-ni təşkil edir. Satış portfelinin 32%-ni qiyməti 1 500-2 000 dollar/kv.m olan mənzillər təşkil edir. Bazardakı bahalı mənzillər, yəni hər kvadrat metrinin dəyəri 2 000 dollar/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 12,3% təşkil edir.
Ən bahalı ev "Sahil" metrosunun yaxınlığındadır

Təkrar yaşayış mənzil bazarında kvadrat metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil "arxitektur" layihəli 5 otaqlıda qeydə alınıb. "Sahil" metro stansiyası yaxınlığında yerləşən 220 kv.m sahəyə malik olan, yaxşı təmirli mənzilin kvadrat metrinin satışa təklif olunan qiyməti 4 500 dollar təşkil edib.
Ən ucuz mənzil isə Nərimanov rayonunda, Montin qəsəbəsində yerləşən zəif təmirli 80 kv.m-lik sahəyə malik "italyan" layihəli, 2 otaqlı mənzildə qeydə alınıb - 525 dollar/kv.m.

Oxşar xəbərlər