Tiflisdə 60 pulsuz yeməkxana var

  • 08 yan 2016, 08:29

Gürcüstanın paytaxtı Tiflisdə fəaliyyətə başlamış 60 pulsuz yeməkxananın xidmətindən 35,5 min insan istifadə edir.

Fins.az-ın yerli mətbuata istinadən verdiyi xəbərə görə, yeməkxanalar şəhərin Nadzalevsk, Samqorsk və Qldansk rayonlarında yerləşir. 2015-ci ildə Tiflis meriyası bu obyektlərin fəaliyyəti üçün təxminən 11 milyon dollar (yerli valyuta ilə 26,3 milyon lari) ayırıb.

O da bildirilir ki, bu il, yanvarın 1-2-də Yeni illə əlaqədar buraya gələn hər adama təxminən 10 dollarlıq (22 larilik) yemək verilib.