Demokratik TV
Xəbər lenti
"Antalya"nı "Natalya"ya dəyişdi - Fotolar
- 04 dek 2015, 08:40

Sankt-Peterburq şəhərindəki "Antalya” kafesi də bundan öz "payını” alıb. Belə ki, Rusiyanın "şimal paytaxtı”nda fəaliyyət göstərən "Antalya” kafesinin adı bu sözdəki iki hərfin yeri əvəzlənməklə dəyişdirilib. Şəhərin Lenin prospektindəki kafe indi "Natalya” adlanır.
Virtualaz.org-a xəbər verir ki, həmin iaşə müəssisəsi cəmi iki ay öncə açılıbmış. Onun sahibi Vitali Cavadov adlı Azərbaycan əsilli iş adamıdır.
"Mən milliyyətcə azərbaycanlıyam. Kafedə də əsasən Azərbaycan, ümumən Qafqaz mətbəxinə üstünlük verirəm. Bu il ailəmlə birgə Türkiyədə dincəlmişdik. Türkiyəni çox bəyəndik. Son təyyarə hadisələrinə qədər rusiyalılar Antalyanı çox sevirdilər. Biz də qərara gəldik ki, açdığımız kafeyə məşhur Antalyanın adını verək. Bizə elə gəlirdi ki, bu ad müştərilərimizin sayını artıracaq” - deyə V.Cavadov bildirib.
Cavadovlar kafeni oktyabr ayında açıb. Bundan cəmi bir ay sonra isə Su-24 fəlakəti baş verib.
"Bizə heç kim zəng vurmayıb, hər hansı göstəriş verməyib. Sadəcə günlərin birində mən özüm "A” və "N” hərflərinin yerini dəyişib "Antalya”nı "Natalya”ya çevirdim. Buna cəmi 5 dəqiqə vaxtım getdi, amma məna kökündən dəyişdi. İndi həm mənim, həm də müştərilərim üçün rahatdır” - deyə V.Cavadov əlavə edib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti