Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

{time}  

"MTN-də elə zibil qarışdırıblar ki, Mədət Quliyev çətin nə isə edə bilsin"

 

Hər zaman feysbuk səhifəsində maraqlı şərhlərə,açıqlamalara rast gəlinir.Bu günlərdə məlum "MTN olayları"ndan sonra Milli Təhlükəsizlik Nazirliyinə birinci müavin vəzifəsinə Mədət Quliyevin təyinatı da müzakirələrə səbəb oldu.Adıçəkilənin kimliyinə,qabiliyyətinə yönəlik müsbət mənada fikirlərin şahidi olduq.Demokratik.Az-ın məlumatına əsasən,əslən Gəncədən olan və generalı yaxşı tanıdığını iddia edən Feysbuk istifadəçisi,jurnalist Əlövsət Qasımov da öz səhifəsində maraqlı şərh yazıb.Həmin şərhi Demokratik.Az olaraq şərhsiz təqdim edirik:

 

"Ana tərəfdən məşhur Eminbəylilərdəndir. 
İti zəkası, çalışqanlığı ilə digərlərindən hər zaman fərqlənib. Çox sürətli təhliletmə qabliyyəti var. 
Yüksək daxili mədəniyyətə malikdir.
Verilən əmrləri, müzakirə etmədən, yerinə yetirir.
Karatedə "qara kəmər ustasıdır. Boyunun qısalığına baxmayaraq, fiziki cəhəddən çox güclüdür. Ancaq hər dəqiqə fiziki gücdən istifadə etməyi sevmir.
Bütün yüngül silahlardan sərrast atəş açmağı bacarır.
İndiyə kimi, ölümlə bağlı heç bir əməliyyatı, prokurorun sanksiyası, Nazirin yazılı əmri olmadan həyata keçirtməyib.
Hobbiləri.
Üzgüçülük, velosiped sürmək, gitarada çalıb-oxumaqdan ibarətdir. 
Şəxsən mənim tanıdığım Mədət pula heç vaxt həris olmayıb. Onun üçün ən önəmlisi vəzifə borcunu icra etməkdir.

Mənim Mədət barəsində yazacağım qısaca olaraq bunlardılar. Qeyd edim ki, MTN-də elə zibil qarışdırıblarki, Mədət Quliyev çətin nə isə edə bilsin.Son bir neçə ildə əsəbləri tamamən pozulduğundan məsul vəzifəyə yararlı deyil."

Demokratik.Az

Template not found: /templates/Front/modules/rightside_fullstory.tpl

Bütün xəbərlər

{readnews}
2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?

«    Fevral 2020    »
B.e.Ç.a.ÇC.a.CŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.