Xəbər lenti
Bütün xəbərlər

Mədət Quliyev Facebook səhifəsini bağladı

  • 26 okt 2015, 08:10
Bir neçə gün öncə ölkə başçısının sərəncamı ilə milli təhlükəsizlik nazirinin I müavini vəzifəsinə təyin edilən general-leytenant Mədət Quliyev Facebook sosal şəbəkəsindəki profilini bağlayıb.

Bu barədə Mədət Quliyevin keçmiş işçisi, Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Yaşar İsakov bildirib:

"Dünən gecə saatlarında Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev şəxsi Facebook səhifəsini bağlayıb. Onun belə bir addım atmasının yeganə səbəbi vaxt məhdudiyyəti ilə bağlıdır. Belə ki, təkcə dünən cənab nazir müavininin "inbox"na bir neçə min (!) mesaj gəlib və onların 200-dən artığı Mədət müəllim tərəfindən şəxsən cavablandırılıb. O, dostlarının, tanışlarının və adi vətəndaşların mesajlarına bir-bir cavab verməyin fiziki baxımdan mümkünsüzlüyünü, gələn sual və təbriklərin cavabsız qalmasının onlara qarşı diqqətsizlik kimi anlaşılacağını nəzərə alaraq Facebook səhifəsini bağlamaq qərarına gəlib”.

Qeyd edək ki, Mədət Quliyev bəzi vəzifə sahiblərindən fərqli olaraq, Facebook sosial şəbəkəsində aktiv nəzərə çarpırdı.

 

Demokratik.Az

Oxşar xəbərlər