Xəbər lenti
Bütün xəbərlər

Məhkəmə AST Telman haqda qərar verdi

  • 24 okt 2015, 10:29
Telman İsmayılovun Kipr şirkətinə 140 milyon dollar borcu var.   ANS-in məlumatına görə, Beynəlxalq London Arbitraj məhkəməsinin 14 oktyabr tarixli qərarı ilə Telman İsmayılova məxsus Tandum LTD şirkəti Kiprin "Maqneziya” şirkətlər qrupuna daxil olan Sezaria LTD şirkətinə 2010 - 2011-ci ildə şəxsən Telman İsmayılovun zəmanəti ilə verilmiş borc üzrə 100 milyon dollar, eləcə də, 40 milyon dollardan çox faiz və məhkəmə xərclərini ödəməlidir.    "İsmayılovun Tandum LTD şirkəti 2011-ci ilin ortalarından başlayaraq, ödəməni dayandırıb. Maliyyə problemləri Ukraynada planlaşdırılmış layihələri həyata keçirmə imkanının olmaması ucbatından yaranmışdı”, - deyə şirkətin baş direktoru Yuliya Qaydukova məhkəmədə bildirib. Tandum LTD şirkəti Hər iki şirkət borcların qaytarılması vaxtını 2013-cü ilin payızına qədər uzatmaq barədə razılığa gəliblər, amma o zaman da kreditora pul çatmayıb.   Ona görə, 2014-cü ilin iyul ayında Kipr şirkəti bu problemi həll etmək üçün Beynəlxalq London Arbitraj məhkəməsinə və iddia üzrə tədbirlərin təminatı üçün Kiprdə Nikosiya məhkəməsinə müraciət edib.   2014-cü ildə Nikosiya məhkəməsi Tandum şirkətinin aktivlərinə həbs qoymaq barədə qərar qəbul edib. Həbs qüvvədədir.    Bundan başqa, Beynəlxalq London Arbitraj məhkəməsi qərar verib ki, bu mülk 160 ölkədə tanınacaq və icra ediləcək, bu isə borclu olan və onlarla əlaqədar şəxslərlə səmərəli işə imkan yaradır.   İsmayılovun əmlakına, o cümlədən də, Sezaria şirkətinin iddiası ilə həbs qoyulmuş əmlakına digər kreditorlar da namizəddirlər.   Ümumiyyətlə, cari il oliqarx üçün heç də uğurlu olmayıb. Onun, hətta, müflisləşdiyi də deyilir. Bu ilin oktyabrın 6-da "Bank Moskva”"Bank Moskva” tərəfindən T. İsmayılova qarşı iddia qaldırılıb. Bank oliqarxın ona borclu olduğu 213 milyon dolları ödəmək qabiliyyətinin olmadığını bildirib və iş adamını müflis elan etməyi tələb edib.   Oktyabrın 19-da isə VTB qrupuna daxil olan "Bank Moskva” Telman İsmayılovun bütün əmlakına həbs qoyulmasına nail olmağa çalışıb.    Biznesmen hesab edir ki, onun aktivlərinin reyder üsulu ilə ələ keçirilməsi prosesi gedir. Bunu İsmayılova yaxın iki mənbə deyib.   Məlum olub ki, Telman İsmayılovun "Praqa” restoranı, Krasnaya Presnyadakı ofisi və İzmaylovodakı ticarət mərkəzi VTB-də girovdur. "AST" şirkətlər qrupu bu əmlakı 250 milyon dollar dəyərində qiymətləndirsə də, bank həmin daşınmaz əmlakı T.İsmayılovun borcundan 33 milyon dollar silməklə öz mülkiyyətinə keçirməyi təklif edib. Bu da oliqarx üçün ağır zərbə olub.   Üç gün əvvəl, yəni oktyabrın 13-də milyaderin Odessada şərik olduğu "Yeddinci kilometr”, indiki "Avanqard” bazarına Ukrayna parlamentinin 25 deputatı hüquq-mühafizə orqanlarının və Dövlət Vergi Xidmətinin rəhbərliyinə şikayət göndərib. "Yeddinci kilometr” bazarının səhmlərinin 53 faizi Azərbaycan əsilli oliqarx Telman İsmayılovun "AST" şirkətlər qrupunun mülkiyyətindədir.   "AST" şirkətlər qrupunun rəhbəri, eyni zamanda adı Rusiyanın ən zəngin biznesmenlərinin siyahısına daxil olan sahibkar İsmayılov ilk dəfə 2009-cu ildə kiçik topdan satış ticarət mərkəzinin paytaxtı olan Çerkizovski bazarındakı fəaliyyətinə görə, gündəmə gəlmişdi. Bazarda bir müddət hüquq-mühafizə orqanları tərəfindən yoxlamalar aparılıb. Bu hadisədən sonra bazar çoxsaylı pozuntuların aşkar olunduğuna görə bağlanıb.   T.İsmayılovun başqa Rusiya banklara, o cümlədən, Türkiyə banklarına, şirkətlərə, fərdi şəxslərə yüz milyonlarla dollar borcu olduğu da deyilir.   İsmayılov Telman Mərdan oğlu 1956-cı ildə Bakıda anadan olub. Həyatının çox hissəsini Rusiyada keçirən Telman İsmayılov hazırda da Rusiyada yaşayır və "AST" Şirkətlər Qrupunun sahibi, Rusiya milyarderidir.  
Oxşar xəbərlər