Xəbər lenti
Bütün xəbərlər

Yenэ robotlar

  • 15 sen 2015, 13:17

"Pepper" adlı robotlar satışa çıxarılıb.


 

Demokratik.Az "BBC"ə istinadla xəbər verir ki, yaxın 20 ildə Böyük Britaniyadakı iş yerlərinin 35%-i kompüterləşdiriləcək.

Bu barədə məlumat Oksford universiteti ilə "Deloitte"nin birgə tədqiqatının nəticələrində deyilir.

Robotların əvəz edəcəyi peşə sahiblərinə daha çox xidmət, məhsulların təqdim olunması, informasiyanın əllə yığılması və verilənlərin manipulyasiyası ilə bağlı olanlar daxil olacaq. Robotlar ticarət agentləri, aşbaz, barmen, modelləri əvəz edəcəklər.

Qeyd edək ki, Yaponiyada insan emosiyalarını tanıyan və onlara reaksiya verən "Pepper" adlı robotlar satışa çıxarılıb.
Oxşar xəbərlər