İcra başçısından yeni doğulan nəvəsinə bahalı hədiyyə

  • 12 iyun 2015, 10:29
Məsələnin maraqlı tərfəi isə odur ki, təqribən bir il əvvəl icra başçısı təyin olunan və heç bir zaman bizneslə məşğul olmayan Raqub Məmmədov bu qədər vəsaiti qısa müddət ərzində hardan qazanıb?


AzMedia.info-ya daxil olan məlumatda bildirilir ki, icra başçısı nəvəsinin doğulması şərəfinə 30 qurban kəsdirib. Bundan başqa Raqub Məmmədov nəvəsinin doğum evindən çıxması şərəfinə yeni dünyaya gələn körpənin qundağına 400 min manatlıq villanın açarını qoyub.

Qeyd edək ki, bir müddət əvvəl Adamın icra başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədzadənin cəöhə xəttində-səngərdə çəkdirdiyi fotolar yayılmışdı. Bayram günlərində yeni ili əsgərlərlə bir yerdə keçirdiyini əks etdirən fotolara isə tez bir zamanda Müdafiə Nazirliyi tərəfindən reaksiya gəlmişdi və icra başçısının oğlunun özünü «vətənpərvər» kimi təqdim etməyə çalışması yuxarı dairlərdə heç də xoş qarşılanmamışdı. Həmin dövrdə mətbu orqandarda buna görə Raqub Məmmədovun tənbeh olunduğu yazılmışdı. bu hadisədən əvvəl Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən cəbhə xəttində foto və videoçəkilişlərin aparılması qadağan edilirdi. Bu hadisədən əvvəl prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən cəbhə xəttində foto və videoçəkilişlərin aparılması qadağan edilmişdi. Hətta cəbhəyanı rayonların rəsmiləri də oraya ezam olunmuş jurnalistlərə çəkiliş aparmalarını qadağan edərək, bunun sərəncamla tənzimlədiyini dəfələrlə bildiriblər.

Onu da xatırladaq ki, prezident İlham Əliyev dəfələrlə «qudurğanlıq» edən məmurlara xəbərdarlıq edib. Məsələnin maraqlı tərfəi isə odur ki, təqribən bir il əvvəl icra başçısı təyin olunan və heç bir zaman bizneslə məşğul olmayan Raqub Məmmədov bu qədər vəsaiti qısa müddət ərzində hardan qazanıb?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq