Ucarda da son zəng mərasimi keçirilib(foto)

  • 31 may 2015, 21:56

Mayın 29-da Ucar şəhərindəki 6 nömrəli tam orta məktəbdə də son zəng mərasimi keçirilib.Mərasimi açan məktəbin direktoru  Şəlalə Qədirova böyük həyata qədəm qoyacaq şagirdlərə uğurlar arzulayıb, məzunları müstəqil həyata qədəm qoymaları münasibətilə təbrik edib.

Məktəb direktoru məzunlara və məktəbin bütün şagirdlərinə müəllimlərin etimadını doğrultmağı, vətənimizə gərəkli insan kimi yetişməyi tövsiyə edib.

Azərbaycanın dövlət himninin  səslənməsilə tədbir iştirakçıları daha böyük fərəh hisslərinə qapılıblar.Mərasimdə çıxış edən müəllimlər və şagirdlər də öz ürək sözlərini və arzularını bölüşüblər.Məzunların hazırladıqları bədii proqramdan sonra son zəng çalınıb, birincilər və məzunlar adəti üzrə bir-birilərini hədiyyələrlə təbrik ediblər. 

Mərasimdə çıxış edən 1-ci sinif şagirdi balaca Şahnazın valideyni Cavid Məmmədov vurğulamışdır ki; -"Respublikamızın bütün sahələrində olduğu kimi, təhsilin də sürətlə və hərtərəfli inkişafı ilə bağlı əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasət hazırda Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Ucar şəhəri 6 nömrəli tam orta məktəbində uşaqlarımızın yüksək keyfiyyətdə təhsil almaları təmin edilir. Uşaqlarda, valideyinlərdə bu məktəbin müəllimlərindən razıdırlar".

Son zəng mərasim maraqlı konsert proqramı iıə başa çatıb.Demokratik..Az olaraq tədbirin fotolarını da təqdim edirik.


   

Hazırladı:Fuad Ucarlı

Müstəqil jurnalist



Oxşar xəbərlər