Xəbər lenti
Bütün xəbərlər

Afaq Aslanla Aytacın "lezbiyan" söhbətində 50 minlik — İDDİA

  • 27 may 2015, 13:54
Müğənni Aytac Vəlibəyovanın (Vidadiqızı) həmkarı Afaq Aslana qarşı qaldırdığı iddiası üzrə Yasamal Rayon Məhkəməsində növbəti proses keçirilib.


Bu barədə Ölkə.Az-a A.Vəlibəyovanın hüquqi nümayəndəsi Tahir Əlirzayev məlumat verib. T.Əlirzayevin sözlərinə görə, hakim Şeyda Məhərrəmovanın sədrliyi ilə keçirilən prosesdə Afaq Aslanın Aytac Vəlibəyova barədə səsləndirdiyi fikirlərin linqvistik ekspertizaya göndərilməsi qərarı çıxarılıb:

" Afaq Aslan Aytac Vəlibəyova haqda lezbiyan iddiası irəli sürüb. Deyib ki, guya Aytac bunu evinə dəvət edib və bildirib ki, bu gecə mənimlə qal, səni çox sevirəm. Belə müsahibə verib. Özü də deyib ki, gedin versin məhkəməyə, mən gəlib onu sübut edəcəyəm. Amma təəssüf ki, məhkəməyə verməyi təkid edən Afaq Aslan məhkəmənin dördüncü iclasına da gəlmədi. Dünənki prosesdə iş üzrə linqvistik ekspertiza təyin edildi. Afaq Aslanın dediyi sözlərin təhqir olub olmamasına linqvistik ekspert rəy versin".

T.Əlirzayev irəli sürülən məhkəmə iddiası barədə də danışıb:

"Maddi və mənəvi zərərin (50 min manat) ödənilməsi, üzr istənilənməsi, həmin üzrxahlığın lent.az və turbo.az saytında yerləşdirilməsi tələbini irəli sürmüşük. Afaq Aslan deyib ki, getsin versin məhkəməyə, gəlib dediklərimi sübut edəcəyəm. Axırıncı dəfə nümayəndəsi də gəlmədi. Ötən məhkəmədən əvvəl nümayəndəsi zəng elədi ki, bəlkə bunu məhkəmədən kənar qaydada həll edək. Biz də buna görə məhkəməni təxirə saldıq. Amma dünənki prosesdən öncə əlaqə saxladım. Nümayəndə dedi ki, Afaq Aslandan xəbər yoxdur. Mən ona təəccüblənirəm ki, bu xanım deyirdi verin məhkəməyə, sübut edəcəm. Niyə gəlib sübut etmir?"

Qeyd edək ki, Afaq Aslan müsahibələrində Aytacın lezbiyan olduğunu bildirmişdi.

İntiqam VALEHOĞLU
Oxşar xəbərlər