ADAU elmi araşdırmalarını dünya standartlarına çatdıracaq müqavilə imzaladı

  • 26 iyun 2022, 19:59

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) dünyanın məşhur elmi qiymətləndirmə sisteminin bazasına çıxış əldə edib. Bu haqda məlumatı Demokratik.Az-a universitetin mətbuat xidməti təsdiqləyib.

Bildirilib ki, ADAU ilə “Clarivate Analytics” şirkətinin “Web of Science” bazası arasında müqavilə imzalanıb. Bununla da, sözügedən platforma vasitəsilə universitetdə aparılan elmi araşdırmaların dünya standartlarına çatdırılacağı hədəflənib.

Həmçinin dünyada gedən elmi-tədqiqat işləri haqqında təhsil ocağının professor-müəllim heyətinin daha da ətraflı məlumatı olacaq.

Demokratik.Az

Oxşar xəbərlər