Demokratik TV
"Gec-tez Prezidentə çatacaq bu səs"- İlham Musaoğlu

Zəmanə dəyişib dostum, qardaşım,
Xeyli müsibətlar çəkibdir başım
Haqlı gileylənir neçə soydaşım
Heç kimdə qalmayıb əvvəlki həvəs
Gec-tez Prezidentə çatacaq bu səs.
Bu gün haqsızlıga dözə bilmirəm,
Fikirdən yeriyib, gəzə bilmirəm.
Hamı da görür ki, mən əyilmirəm
Nə üçün o zaman, danışmayım bəs
Gec-tez Prezidentə çatacaq bu səs.
Cənab Prezidentə çatmır şikayət
Ancaq susdurulur haqq və ədalət
Yoxsa tilisimə düşüb həqiqət
Yazdıgım məktublar, havayı əbəs
Gee-tez Prezidentə çatacaq bu sǝs.
Dövlətə söyənlər, keçiblər başa,
Odur ki, hamısı verib baş-başa
Qəstdən də qururlar süni tamaşa
Elə bil gətirib, işlərimiz nəhs
Gec-tez Prezidentə çatacaq bu səs.
Bir sıra məmurlar, yolunu azır
Çoxları özünün qəbrini qazır
Milyon qazandıqca, gözləri qızır
Birisi mənimlə edir bəhsə-bəhs
Gec-tez Prezidentə çatacaq bu səs.
Vətəni sevənlər, vətəndən incik
Hələ üstümüzdən vururlar təpik
Bu qədər çoxluqda, biz niyə təkik?
Əsil həqiqəti, yazmaga tələs
Gec-tez Prezidentə çatacaq bu səs.
Ay İlham! sən isə nə çəkin, nə qorx
Səni dəstəkləyən indi daha çox
Oğru məmurlara, yox deyirik yox!
Bunu dərk eləsin, ölkədə hər kəs
Gec-tez Prezidentə çatacaq bu səs.
0, özü verəcək, məmurlara dərs
Gec-tez Prezidentə çatacaq bu səs.
İlham Musaoğlu, şair jurnalist - Gəncə
