Demokratik TV
“Sahil Babayevdən Müdafiə Nazirliyi” yaradılsın! - ÇAĞIRIŞ
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi var. Əslində bu nazirliyin adını dəyişmək lazımdır, çünki Sahil Babayev nazir təyin ediləndən nəinki insanların sosial müadafiəsi qorunur əksinə təqaüdü və sosail müavinəti kəsilir, pensiya yaşı günü-gündən artırılır. Bu nazirliyin adını Sahil Babayevin Nazirliyi qoymaq lazımdır. Bir məsələ də var ki, bununla yanaşı insanları Sahil Babayevin qanunsuz əməllərindən qorumaq üçün “Sahil Babayevdən Müdafiə Nazirliyi” yaradılmalıdır.
Ümumiyyətlə, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bəxti əvvəldən gətirməyib. Bu nazirlik insanların maddi-rifahını qorumaqdan, onların sosial müdafiəsindən çox “qanını içməklə” məşğuldur. Sahi Babayev nazir təyin olunandan sonra bir ana bacı lazımdır ki, onun haqqıni tapdaladığı yüz minlərlə insanın acı gününə mərsiyə desin.
Sahil Babayevin rəhbərlik etdiyi nazirlik barədə hər gün onlarla şikayət məktubu alırıq.
Bərdənin A.Məmmədov küçəsi 1 ünvanında yaşayan Əliyev Mütəllim Fərman oğlunun bir ayağı amputasiya olunub. O, 2-ci qrup əlillik pensiyası alır. Daha doğrusu, alırdı…
O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əlillik dərəcəsinin 1-ci qrupa keçilməsi üçün müraciət edib. Lakin nazirlik nəinki onun işinə baxıb, aldığı qəpik-quruş pensiyanı da kəsib.
M.Əliyevin sözlərinə görə, ƏƏSMN-də işinə baxıldığı və gözləməli olduğu deyilib. Amma nazirlik onun yeganə çörək pulu olan pensiyasını vermir.
Heç bir məntiqli izah və qanuni əsas göstərməyən nazirlik iki övladı olan 2-ci qrup əlilini çarəsiz və ümidsiz vəziyyətə salıb. Onun həyat yoldaşı da işləmir, özü əmək qabiliyyətini itirib, heç bir qazanc yeri yoxdur.
Təəssüf ki, ƏƏSMN əlil vətəndaşın təqaüdünü belə vermir ki, evinə çörək və bir kilo ət alıb, ay ərzində onu yesin. Danışanda “ağzına çullu dovşan sığmayan” nazir Sahil Babayevin guruldaması da göründüyü kimi, publikaya bir şou imiş.
Bu sahədə Səlim Müslümovun siyasətindən fərqli iş görməyən Sahil Babayev sosial gərginlik yaratmaqdadır.
Əslində, vətəndaş M.Əliyevin tam haqqı çatır ki, nazirliyi məhkəməyə versin, almadığı pensiyanı geri tələb eləsin.
Sadəcə, imkansız və yoxsulluq içində yaşayan bir əlilin buna nə maddi, nə fiziki gücü çatır. Məhkəməyə iddia ərizəsi verilməli, vəkil tutmalı, proses keçirilməli, get-gəl, qərarın icrasına nail olmaq və s. bu müddətdə isə görəsən onun ailəsinə kim yemək verəcək?
Sahil Babayevin əlilin pensiyasına göz dikdiyini iddia edə bilmərik. Ancaq görünür ki, nazirliyin aşağı palatasında hansısa məmurlar əlillərin pensiyalarını mənimsəmək üçün bürokratik əngəllər yaradırlar.
Halbuki, nazir vəzifəsinə təyin olunanda S.Babayev islahatlara, şəffaflığa vədlər verirdi, rüşvətsiz sosial sahədən əh-bəhlə danışırdı, inandırırdı ki, Səlim Müslümov olmayacaq. Necə ki, sabiq nazir də ilk günlərdə belə pafoslu çıxışlar edir, bəzi məmurları danlayır, cəzalandırırdı.
Amma tezliklə S.Babayev s.Müslümov kimi korrupsiya və rüşvətə bulaşmış bu sektorun bataqlığında çirkaba bulaşdı.
S.Babayevin qanunusz əməlləri barədə mətbuatda da kifayət qədər faktlar var. Əlillik dərəcələrinin təyin olunmasında obyektivliyə və şəffaflığa təminat verən elektron sistem əslində saxta əlilliyin azalmasına imkan yaratmalı idi.
Belə ki, 2017-ci ildə ilkin əlillik təyin olunanların sayı, 2016-cı illə müqayisədə 12 min 538 nəfər və ya 31 faiz az olması ilə bağlı məlumatlar da mətbuatda dərc olundu.Əvvəlki illə müqayisədə ilkin olaraq əlillik dərəcəsi verilənlərin sayı 26 faiz və ilkin olaraq sağlamlıq imkanları məhdud uşaq hesab edilənlərin sayı 49 faiz azaldığı da iddia edilmişdi.
Məsələnin iddia edilən kimi davam edəcəyi təqdirdə ölkədə məhz bu sahədə hər hansı bir qanunsuz iş olmamalı idi. Lakin yenədə vətəndaş deyil, ƏƏSMN-nin bəzi “kadrlarının” hesabladıqları oldu.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq 2016-cı ilin əvvəlindən I dərəcə əlilliyin müddətsiz müəyyən olunmasının, II və III dərəcə əlilliyin müddətinin beş ilədək, sağlamlıq imkanlarının məhdudluğu müddətinin 3 ilədək uzadılmasının əlilliyin hər il təkrar qiymətləndirilməsi praktikasının aradan qalxmasına səbəb olduğunu və həmin insanlar tərəfindən razılıqla qarşılandığını qeyd edildi.
Bu islahatların aparılması ilə ümumilikdə 250 minə yaxın insanın hər il təkrar müayinədən keçməsi zərurəti aradan qaldırılıb. Əslində bütün problemlərin kökündə də məhz bu amil durdu.
Ümidvarıq ki, gənc nazirin gənc mətbuat katibi Fazil Talıblı II qrup əlil Mütəllim Əliyevin pensiyadan məhrum edilməsi məsələsinin həlli üçün çırmanacaq
S.Babayevin rəhbərlik metdiyi nazirliyin əməkdaşları da dələduzluqla məşğuldurlar.
Belə ki, “Aktualxeber.az”-a müraciət edən Quliyev Xəyal adlı oxucumuz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Səbuhi Əliyevdən şikayətçi olduğunu bildirib. Belə ki, Səbuhi Əliyev 100 minlik maşın alanda X.Quliyevdən 40 min manat borc alıb. Və bu pulu xırda-xırda qaytarmaqla onun dəyərinin düşməsinə səbəbkar olub. Digər tərəfdən, qalan borcu da dediyinə görə, nazir Sahil Babayevin köməkliyi ilə hansısa Notariat Kontoruna rəis keçəndən sonra qaytaracaq.
Mikrafon görən kimi qaçıb guya rəhbərlik etdiyi nazirliyin insanlardan rüşvət alan işçilərini işdən qovmasıl ilə ağzı köpüklənə-köpüklənə danışan Sahil Babayev elə qulağılnın dibindəcə, yəni nazirliyin binasında 3-cü mərtəbədə oturan Səbuhi Əliyevin nə oyunlardan çıxmasında həqiqətənmi xəbəri yoxdur? Məgər ona şöbə müdirinin 100 minlik maşınla işə gəlib getməsini xəbər verməyiblər? Yoxsa Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərinin 100 minlik avtomobildə gəzməsi Sahil Babayev üçün adi haldır.
Belə olur ki, onun rəhbərlik etdiyi qurumdakı korrupsiya faktları barədə məlumatları tez-tez mətbuatdan oxuyuruq.
Ümumiyyətlə, bu nazirliyin reklam üçün sadəcə adı var. İndiyədək bu nazirliyə rəhbərlik edənlər həmişə öz pis əməlləri ilə yadda qalıblar, sanki bu nazirliyə Dərviş Məstəli Şah bəd dua edib.
Ona görə də, Sahil Babayev hər gün efirdə guya büdcəyə 100 milyon manat pulun qaytarılması ilə fəxrlə danışmasın. O bu pulu insanların halal pensiyasını kəsməklə, onları bu təqaüdü almaq üçün illərlə süründürülməçiliyə məruz qoymaqla büdcəyə qaytarıb. Getsin, Səbuhi Əliyev kimi öz dələduz işçilərinin 100 minlik maşını necə almaları ilə maraqlansın!
Demokratik.Az qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır!