Göygöl rayonunun "ŞƏHİDLƏR XİYABANI" niyə işıqsız qalıb?

  • 16 may 2022, 16:46
Göygöl rayonunun şəhidlər xiyabanı laqeyidlik ucbatından aylardır işıqsız qalıb. Şəhərin girişini əhatə edən müqəddəs yerin yolboyu işqılandırılması nədənsə təmin edilmir.
Demokratik.Az-ın məlumatına görə, bu hal şəhidlər xiyabanını gecələr zülmət qaranlığa qərq edir, rayona gedib-gələn maşınların da rahat hərəkətinə maneələr yaradır. İşıq dirəklərinin və elektrik lampalarının saz vəziyyətdə olduğunu düşünsək, olayın süni şəkildə ortaya çıxarıldığını iddia etmək olar.
Şəhər təsərrüfatına nəzarət edənlərin işıqlandırmaya ayrılan vəsaitə qarşı maxinasiyalar etdiklərini də iddia etmək olar.
İnanaq ki, problem tezliklə aradan qaldırılacaq!
Oxşar xəbərlər