Yardımlıda MÜƏMMA - icra hakimiyyəti Heydər Əliyev büstünün mərmərlərini niyə satdı? - FOTOLAR

  • 19 apr 2022, 13:05
Yardımlının icra başçısı ötən illərədək rayonun Gənclər parkında mövcud olan ulu öndər Heydər Əliyevin büstünün alt mərmərlərini sataraq əhali arasında növbəti narazılıq yaradıb.
Demokratik.Az bildirir ki, rayon sakinlərinin dediyi məlumata görə, gəlişindən bəri xeyli özbaşınalıqlar edən Ayaz Əsgərov maddi marağına yenik düşərək ümummilli liderin adına inşa edilmiş və prezident İlham Əliyevin də iştirakı ilə 2008-ci ildə açılışı olmuş büstün olan-qalan mərmərlərini ERTEES deyilən yerdən çıxararaq daş sexlərindən birinə satıb. 

Sosial şəbəkələrdə yayılan məlumata görə, parkdakı büstün özü isə 2012-ci ildə rayon rəhbərliyinin qeyri-rəsmi göstərişi əsasında sökülərək yerində fəvvarə inşa edilmiş, büst isə İcra hakimiyətinin binasının birinci mərtəbəsində giriş hissəyə yerləşdirilmişdir. İndi də büstün alt mərmər hissəsinin satılması yerli icra hakimiyyəti orqanının nəzarətsizlikdən və özbaşınalıqlardan əziyyət çəkdiyini deməyə əsaslar yaradır.

Yardımlılar düşünür ki, nə mərhum Heydər Əliyevin büstünün, nə də müəyyən vəsait xərclənmiş büstün mərmərlərinin icra başçısı tərəfindən satılması bağışlanmaz hörmətsizlikdir. Yaxşı olardı ki, mərmər elə öz təyinatı üzrə istifadə edilərdi və rayonun başqa bir yerində Heydər Əliyevin büstünün inşasına sərf olunardı.

Olay yerli sakinlər üçün müəmmalıdır, mərmərin sənədsiz əldə edilməsi və daş sexinə neçəyə satılması, əldə edilmiş gəlirin haraya yönəldilməsi ciddi araşdırılmalıdır.
Oxşar xəbərlər