Demokratik TV
Xəbər lenti
OD ÇƏRŞƏNBƏNİZ MÜBARƏK
- 01 mart 2022, 10:19
Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur.
İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Adlı çərşənbə kimi tanınan Od çərşənbədir.
Od çərşənbəsi qədim insanların Günəşə, oda olan inamından qaynaqlanıb.
Od çərşənbəsinin mahiyyətində odun qədimdən müqəddəs sayılması, odun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyrin qələbə çalacağına inam ifadə olunur.
Novruz bayramı ərəfəsində keçirilən od çərşənbəsi insanın yaradılış prosesinin ikinci mərhələsinin - od komponenti ilə bağlı mərhələnin mifik təzahürüdür. Qədim türk mifologiyasında odla bağlı müxtəlif motivlər mövcud olub. İnanclara görə, odu günəşlə, işıqla bağlayırlar.
Od çərşənbəsində Oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunur.
Qeyd edək ki, Azərbaycanda Novruzun ilk çərşənbəsi - Su çərşənbəsi fevralın 22-də qeyd edilib.
Martın 8-də Hava (Yel), martın 15-də isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.
Yaz fəsli isə Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 19:33-də daxil olacaq.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
OD ÇƏRŞƏNBƏNİZ MÜBARƏK AZƏRBAYCAN!
Novruz bayramı yazın gəlişini simvolizə edən BAYRAMDIR
Bu gün Yel çərşənbəsidir
Bu gün Yel çərşənbəsidir
Türk tarixinin gizlədilmiş səhifələri - Herakl, Adəm və
İlham Əliyevin mətbuat konfransının TAM MƏTNİ
Prezident gözlənilən əfv sərəncamını imzaladı - SİYAHI
Bugün Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir
Novruzun ilk çərşənbəsi yetişdi - SABAH
Bu gün Od çərşənbəsidir
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti