Xəbər lenti
Bütün xəbərlər

"Maşın" şouda Anar "vurulacaq"?

  • 23 may 2015, 21:44
ANS-in efirində yayımlanan Azərbyacanın ən reytinqli "Maşın" realiti-şousunda iştirakçıların bugünkü hədəfi məlum olub.

ANS PRESS-in məlumatına görə, iştirakçılar qutuya ən çox müğənni Emin Bədəlovun şəklini atıblar.

Kürsüyə yaxınlaşan Emin Bədəlov oyunda hədəfinin stilist Anar Ağakişiyev olduğunu açıqlayıb.

"İlk gündən hədəfimin Anar Ağakişiyev olduğunu bildirmişəm. Dostlardan, tanışlardan mənə səs verməyi xahiş edirəm. Mən bütün sevənlərimdən dəstək gözləyirəm. Oyunumu davam etdirmək istəyirəm", - deyə Emin Bədəlov bildirib.

Öz növbəsində stilist Anar Ağakişiyev də heyranlarından ona dəstək olmağı xahiş edib.
Oxşar xəbərlər