Xəbər lenti
Bütün xəbərlər

Sosial şəbəkə Süleyman Dəmirəli öldürdü

  • 22 may 2015, 08:11
Türkiyənin sabiq prezidentinin sosial şəbəkədə ölüm xəbəri yayılıb.

Ötən həftələrdə səhhətinin pisləşməsindən sonra xəstəxanaya aparılan Süleyman Dəmirəlin vəfat etməsi ilə bağlı xəbərlər gündəmə gəlib. Qısa müddət ərzində "işıq sürəti” ilə yayılan məlumat sabiq prezidentin şəxsi həkimi tərəfindən təkzib edilib.

"9-cu prezidentimiz Süleyman Dəmirəlin dünyasını dəyişməsi ilə bağlı yayılan xəbərlər əsassızdır. Dəmirəlin səhhəti stabil olaraq qalır”, – deyə həkim Aylin Cəsur bildirib.

Qeyd edək ki, Süleyman Dəmirəl Türkiyə Respublikasının 9-cu prezidentidir. O, müxtəlif dövrlərdə 5 dəfə Türkiyənin baş naziri vəzifəsində çalışıb.

1924-cü il noyabr ayının 1-də İsparta şəhərində anadan olub. 1964-cü ildə "Ədalət" partiyasının rəhbəri, 1965-ci ilin fevral ayında baş nazirin müavini və həmin ilin oktyabr ayında baş nazir vəzifələrində çalışıb. Onun tələbələrin iğtişaşı, vətəndaş anarxiyası, sol təmayüllü qüvvələrin təbliğatı və siyasi terrorizmə qarşı uğursuz cəhdləri 1971-ci ildə sağ təmayüllü hökumətin istefası ilə nəticələnib.

1975-1980-cı illərdə o, yenidən fasilələrlə koalisyon hökumətin baş naziri vəzifəsində çalışmağa başlayıb.

1980-cı ildə vətəndaş hərcmərcliyi silahlı çevrilişlə nəticələndiyi zaman (1980-1983) Süleyman Dəmirəl siyasətdən sıxışdırılıb çıxarıldı, 1987-ci ilədək isə siyasətdən tam uzaqlaşdırıldı. 1987-ci ildən o, "Doğruyol" partiyasının rəhbəri seçilib.

1990-1993-cü illərdə Süleyman Dəmirəl yenidən baş nazir təyin olunub, 1993-2000-ci illərdə Türkiyə Cümhuriyyətinin Prezidenti seçilib.

Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl 29 oktyabr 1999-cu il tarixdə Azərbaycan Mühəndis İnşaat Universitetinin fəxri doktoru seçilib.

1 noyabr 2013-cü ildə Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə, Türkiyə Cümhuriyyətinin 9-cu Prezidenti Süleyman Dəmirəl "Şərəf” ordeni ilə təltif edilib.
Oxşar xəbərlər