Qaxda yol polisi məktəblilərlə görüşüb - FOTO

  • 24 sen 2021, 13:04
Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları təhlükəsizlik aylığı çərçivəsində yol hərəkəti təhlükəsizliyinə dair şəhər 2 saylı məktəb-liseyində şagirdlərlə maarifləndirici görüş keçirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Demokratik.Az-a verilən məlumata görə, görüşün keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-
nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz
davranış vərdişlərinin aşılanması olub.
Tədbirdə şagirdlərlə "Yol hərəkəti haqqında" qanunun tələbləri, nizam- intizam qaydalarına dair təbliğat və maarifləndirici söhbətlər aparılıb.
Oxşar xəbərlər