Caduya görə qadını bıçaqladı, 10 ay sonra özü öldü...

  • 21 sen 2021, 19:32
İki əmioğlu, illərlə dost münasibətləri olub, mehriban yaşayır. Biri isə təbiətin və ya dini leksikonla desək, Allahın onun üçün yazdığı talenin son nöqtəsinə gəlir.
Vəfat edir, yas keçirirlər. Bir neçə ildən sonra əmisi oğlunun arvadının cadu əməllərindən şübhələnir...
Demokratik.Az “oxu.az”a istinadən xəbər verir ki, 2020-ci ilin oktyabr ayında Quba rayonun Susay kəndinə baş verən hadisənin təfərrüatlarını öyrənib.
Öncəliklə deyək ki, istintaq materiallarında heç bir tərəfin təvəllüdü göstərilmir.
Lakin aydın olur ki, hadisəni törədən də, zərərçəkən də ahıl insanlar olublar. Hadisənin baş verməsini səciyyələndirən məsələyə toxunmazdan öncə qeyd edək ki, B.-nın əmisioğlu R. 2015-ci ildə vəfat edib.
Bundan sonra R.-in həyat yoldaşı M. tək yaşayır, bununla belə mərhum ərinin əmisi oğlunun ailəsi də münasibətlərini qoruyub saxlayır.
2020-ci ilin əvvəlində normal qohumluq münasibətlərini öz yerini sürətlə mübahisələrə verir. Bu mübahisəyə səbəb isə odur ki, B. M.-in ona cadu etdiyindən şübhələnir və onlar bir araya gələn kimi dava başlayır.
2020-ci ilin oktyabrında isə o, əlində olan çəliklə M.-in başına vurur, sonra oğlu gəlib onu aparır. B.-nın isə hirsi soyumur, evdən bıçaq götürüb M.-in üzərinə gedir, ona bıçaqla yüngül xəsarət yetirir. B. isə özünü müdafiə məqsədilə yerdən daş götürüb B.-nin başına vurur. B.-nin oğlu yenidən gəlib atasını evə aparır.
B. istintaqa ifadəsində məqsədinin M.-i öldürmək və ya ona ağır xəsarətlər yetirmək olmadığını deyib.
Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin rəyinə əsasən, təqsirləndirilən şəxsdə paranoid tip şəxsiyyət pozuntusu olub.
Bununla belə, bu halın onun anlaqlığını istisna etmədiyi müəyyən edilib.
İstintaq zamanı B.-ya başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilir. Lakin iş elə gətirir ki, el dili ilə desək, cinayət işi bağlanır.
Niyə? Çünki o, 2021-ci ilin 15 iyulunda ürək xəstəliyindən vəfat edir.
Quba Rayon Məhkəməsinin 2021-ci il 15 sentyabr tarixli qərarına əsasən, cinayət işinə xitam verilir...
Oxşar xəbərlər