Rövşən Əkbərovun oğlu Azərbaycanı tərk etdi

  • 04 sen 2021, 11:22
Vəkil Elçin Sadıqova hücum etdiyi bildirilən Rövşən Əkbərovun oğlu Telman Əkbərov Azərbaycanı tərk edib.

Demokratik.Az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

O bildirib ki, şikayətilə bağlı prosesin gedişini öyrənmək üçün polis şöbəsi ilə əlaqə saxlayıb: "Rövşən Əkbərovun oğlunun mənə hücum etməsi və xəsarət yetirməsi üzrə şikayətimin araşdırılması durumu ilə maraqlandım. Məlum oldu ki, Rövşən Əkbərovun 1990-cı il təvəllüdlü oğlu Telman 2 sentyabr 2021-ci ildə ölkəni Türkiyə Respublikası istiqamətində tərk etdiyindən onun dindirilməsi hələ mümkün olmayıb”.
Oxşar xəbərlər