Hacı Tahir Qarabaği: "Gəncəmizin hər qarışında 1918-ci ilin xilaskar bir türk əsgərinin məzarı var!"

  • 02 avq 2021, 19:05
Bir neçə gün Türkiyə AK partiya sədrinin I müavini Numan Kurtulmuşun və nümayəndə heyətinin Gəncəyə səfəri xoş anılarla yadda qalıb.
"Demokratik.Az xatırladır ki, qonaqlar səfər çərçivəsində İmamzadə ziyarətgah kompleksini də ziyarət ediblər. Rəsmi qonaqları İmamzadənin mütəvəllisi, QMİ-nin səlahiyyətli nümayəndəsi Hacı Tahir Qarabaği qarşılayıb. Görüş zamanı N.Kurtulmuşa və həyat yoldaşına Hacı Tahir Qarabaği tərəfindən QURAN hədiyyə edilib. Eləcə də İmamzadənin axundu qardaş Türkiyə dövlətinin və sayın R.T.Ərdoğanın ünvanına xoş dualar edib.

Hacı Tahir Qarabaği çıxışında xatırladıb: "Gəncəmizin hər qarışında 1918-ci ilin xilaskar bir türk əsgərinin məzarı var!"
Oxşar xəbərlər