"AVTO KLUB AZƏRBAYCAN" Gəncədə 4 yaşını qeyd etdi - fotolar

  • 19 iyun 2021, 23:29
Bugün "AVTO KLUB AZƏRBAYCAN" adlı klubun 4 yaşı tamam olub. Bu münasibətlə bir qrup avtosevər Gəncədəki məkanlardan birində bir araya gələrək kutlama tədbiri keçiriblər.
2017-ci il iyunun 19-da Gəncə şəhərində təsis edilən klubun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğludur.
"Demokratik.Az"-ın məlumatına görə, tədbirdə iştirak edən gənclər geridə qalan 4 il ərzində avtomobil "KLUB"unun fəaliyyətini yada salaraq gələcəkdə görüləcək yeni layihələrdən, bu sahədə dünyada və Azərbaycanda baş verən yeniliklərdən və problemlərdən danışıblar. Klub yetkililəri Gəncə şəhərinin tarixində ilk dəfə olaraq RETRO AVTOMOBİLLƏRİN SƏRGİSİni və bənzər layihələri ölkənin digər bölgələrində keçirməyi təklif ediblər. Tədbirdə son illər ərzində avtoekspert Natiq Nazimoğlunun və digərlərinin müəllifliyilə çeşidli maşınlar barədə hazırlanıb xarici və yerli mediada dərc etdirdikləri maraqlı məqalələr də müzakirə edilib. Klubun əsas məqsəd və məramına - avtomobil sahəsində tarixi faktların araşdırılması, xüsusilə də müxtəlif mövzularda sürücü və piyadalarımızın yol-hərəkəti haqqında qanunlara dayanan maarifləndirmə işlərində iştiraka sadiq qalacaqları vurğulanıb.
"AVTO KLUB AZƏRBAYCAN"ın adından tort da kəsilib, qonaqlar bir-birini əlamətdar gün münasibətilə təbrik ediblər.
Klubun 4 YAŞı münasibətilə xoş təbriklərə qoşulur, başda Natiq bəy olmaqla "AVTO KLUB AZƏRBAYCAN"ın kollektivinə gələcək işlərində uğurlar və bol müvəffəqiyyət arzulayırıq.
100 YAŞA və sükanı belə saxla "AVTO KLUB AZƏRBAYCAN" !
Demokratik.Az
Oxşar xəbərlər