Allahşükür Paşazadənin mühafizəçisi Mənsimovla görüşdü - FOTO

  • 10 iyun 2021, 14:48
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin mühafizəçisi Hacı Səxavət həbsdən buraxılan azərbaycanlı iş adamı Mübariz Mənsimovla görüşüb.
Bu barədə M.Mənsimov Feysbuk hesabında məlumat verib:
“Vəfalı qardaşlarım, dəyərli dostum Hacı Səxavət və Eldost. Bakıdan gəlib məni ziyarət edərək sevindirdiz. Çətin günün ömrü az olur. Amma bu günlərdə insanları tanımaq da özü böyük bir sınağdı. Pis günlərin dostları heç vaxt unudulmur. Siz o çətin günlərin dostu oldunuz”.
Oxşar xəbərlər