Lotereyada 48 milyon avro uddu

  • 13 may 2015, 19:50
İspaniya vətəndaşı "EuroMillones” millətlərarası lotereyasında təxminən 47,8 milyon avro udub.

ANS PRESS-in məlumatına görə, bu haqda "La Vanguardia” xəbər verib.

Biletin sahibinin şəxsiyyəti hələ açıqlanmır. Lotereyanın təşkilatçıları vurğulayıblar ki, bəxtəvərin adı gizlicə saxlanılır və hətta o özü "yata və öz uğuru haqqında bilməyə" bilər.

Qeyd edilir ki, həmin şəxs 10 avro müqabilində beş sadə kombinasiya qoyub və bunlardan biri uduşlu olub.