Bu peyvəndin üçüncü dozası yeni ştammlara qarşı da təsir göstərir

  • 06 may 2021, 10:01
"Moderna" şirkətindən koronavirusun Braziliya və Cənubi Afrika ştammlarına qarşı üçüncü peyvənd dozasının təsiri barədə açqılama verilib.
Demokratik.Az Trend-ə istinadən xəbər verir ki, bunu sınaqların ilkin nəticələri göstərib.
Məlumata əsasən, tədqiqat iştirakçıları peyvəndin ikinci dozasından altı ilə səkkiz ay sonra əlavə doza alıblar.
15 gündən sonra analizlər COVID-19-un yeni stammlarına qarşı anticismlərin gücləndirilmiş reaksiyasını göstərib. Şirkət əlavə dozasına bədənin dözümlüyünü də qeyd edib.
Tədqiqat nəticələri hələ mütəxəssislər tərəfindən təsdiqlənməyib, şirkət araşdırmalarına davam edəcəyini deyib.
Oxşar xəbərlər