Türkiyədən Azərbaycana Ramazan ayı ilə bağlı jest edilib

  • 04 may 2021, 00:59
Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) Azərbaycan şöbəsi ehtiyacı olan insanlara yardım payı göndərib.
Qurum Ramazan ayı münasibəti ilə həyata keçirilən aksiyada Qarabağ müharibəsində şəhid olan hərbçilərin və qazilərimizin ailələri başda olmaqla tək yaşayan pensiyaçılar, muzdla işləyən aztəminatlı 900 ailəyə zəruri ərzaqlardan ibarət bağlamalar yollayıb.
Yardım payı Bakıda və Qarabağ müharibəsində Ermənistanın hücumundan zərər görən şəhərlərdə paylanılıb.
Oxşar xəbərlər