Demokratik TV
Allahverdi Bağırov yaşasaydı... Şəhid milli qəhrəmanın 75 yaşı tamam olur
Bu gün Azərbaycan Respublikasının tanınmış Milli Qəhrəmanı, 90-cı illərdə 845 saylı hərbi hissənin komandiri olmuş Allahverdi Teymur oğlu Bağırovun doğum günüdür.

Mərhum Milli Qəhrəmanımız orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb. Gənc yaşlarından təşkilatçılıq istedadı ilə seçilib. O, gənc yaşlarından cəsarətli, qorxmaz, sözübütöv, haqsızlığa dözməyən və davakar olub. Hətta müəllim də bir şagirdin haqqını tapdalayırdısa, ona etirazını bildirərmiş.

Onun Qarabağ müharibəsi və döyüşlərdə iştirakı vətənpərvərliyə, o zamankı hərbi varlığımıza bir töhfədir.

1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olub. Həmin ildə dövlətin xəbəri olmadan Əsgəranla Ağdam arasında keşikçi postu yaradılanda ora könüllü olaraq ilk dəfə gedən onun qardaşı Eldar Bağırov olub, sonra ermənilərlə həmsərhəd bütün kəndlərdə postlar yaradıb
1991-ci ilin 1 oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələri onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradılıb. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru olmaqla, 760 nəfərlik heyət "Vətən oğulları" adlanırdı. Həmin ildə onun qardaşı Eldar, Bakıda olan Ali Sovetin iclasından qayıdarkən, yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilib. Qardaşı Eldarın ölümündən sonra Bağırov saqqal saxlayıb və batalyona rəhbərlik edib.
1991-ci ilin avqust ayında Allahverdi Bağırov sabiq müdafiə naziri Rəhim Qazıyevın müdafiəsinə qalxaraq uşaqlıq dostu Cəfər İmaməliyevlə savaş həddinə gəlib, nəticədə Cəfərin açdığı atəş nəticəsində ayağından yaralanıb.
1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edib, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəklikləri tutmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurmuşdur. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat vaxt lazım olmuşdur. Bu əməliyyata görə Allahverdi Bağırov "General Məhəmməd Əsədov" mükafatına layiq görülmüşdür.
1992-ci il mayın 3-də ermənilər Bağırova məlumat veriblər ki, ayın 8-də Şuşaişğal olunacaq. O da həmin məlumatı bizim bütün dövlət qurumlarına çatdırmışdır.
Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olmuşdur. Aranzəmin kəndi üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv etmiş və 10 düşmən əsgərini əsir götürmüşdür.
Onun, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində də böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər həlak olmuşdu. Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. Bağırov erməni əsirləri avtobusla gətirib, sahiblərinə təhvil verib. O, cəsədləri Ağdam məscidində, kəfənə tutdurub torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirləri təhvil alıb.

Azərbaycan Respublikası prezidentinin 24 fevral 1993-cü il tarixli 476 saylı fərmanı ilə Bağırov Allahverdi Teymur oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Sonradan Heydər Əliyevin fərmanı ilə Allahverdi Bağırova "Qızıl Ulduz" medalı təltif olunmuşdur
Allah qəhrəmanımıza rəhmət etsin! 75 YAŞLI RUHU ŞAD OLSUN!
Demokratik.Az
