Əlaçı lider

  • 10 may 2015, 19:39

Heydər Əliyevlə bağlı yazmaq mənə həmişə birinci sinif şagirdinin həyəcan və tərəddüdüdünü yaşadıb. Təsəvvür edin, qarşında bir kitab var, sən onu hərfbəhərf öyrənməli, sonra sözə çevirməlisən. Əslində söz adamı üçün bu o qədər də çətin olmamalıdır. Amma Heydər Əliyevin keçdiyi çətin və mürəkkəb yola nəzər salanda, istər-istəməz məsuliyyətin artır. Mən də nə artırmadan, nə əksiltmədən, bu böyük siyasət adamının keçdiyi yolu sizinlə birgə keçməyə çalışacam. O yol əlbəttə ki, hamımızın yolu kimi orta məktəbdən başlayırdı. Amma görünür o, hamımızdan fərqli bir şagird idi. Bir əsrdən çox yaşamış Lətif Hüseynzadə, Heydər Əliyevin müəllimi onu belə xarakterizə edirdi:

"Mən deyirdim ki, bundan gözəl ədəbiyyatçı, ədəbiyyatşünas, dilşünas olacaq. Tarix müəllimi deyirdi ki, bundan çox çözəl tarixçi olacaq”.

İllər sonra Heydər Əliyev haqqında oxşar təqdimatı Rusiya prezidenti Vladimir Putinin dilindən eşidəcəyik. Səhv etmirəmsə, Putinin Azərbaycana ilk səfəri idi. Və o, bu səfərə əliboş gəlməmişdi. Arxivi axtarmış, Heydər Əliyevin Sankt-Peterburqda oxuduğu məktəbin şəhadətnaməsini əldə etmişdi. Putin16 may 1949-cu ildə baş leytenant Heydər Əliyevə verilmiş şəhadətnamədəki qiymətləri açıqlayır. Dialektik və tarixi materializm - əla, çekist hazırlığı - əla. SSRI-nin və xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası - əla. Cinayət hüququ - əla. Zənnimcə burada başqa qiymət yoxdur. Hamısı əladır", - deyə Putin bildirir.

Əslində bu, təkcə Heydər Əliyevin təhsilinə verilən qiymət deyildi. Həm də onun siyasi fəaliyyətinə, eyni zamanda hər bir azərbaycanlıya, bütövlükdə Azərbaycan xalqına verilən qiymət idi.

Heydər Əliyevin özünü də bəxti gətirən siyasət adamı saymaq olar. Öz kimliyini dünyaya sübut edə bilmək, hər siyasət adamına nəsib olmur. Heydər Əliyev isə bunu bacardı.

Yaxın qonşularımızdan tutmış, Okeanın o tayına qədər bütün siyasət adamları bunu səmimi etiraf etdi.

Məsələn, Nursultan Nazarbayev xatırlayırdı ki, Kremldə işləyərkən tez-tez məsləhət üçün məhz Heydər Əliyevin yanına gedərmiş.

Özbəkistan prezidenti İslam Kərimova görə isə o, Azərbaycanın nüfuzunu dünyada yüksəldən lider idi.

Elə dünyanın mərkəzi də fərqli düşünmürdü. ABŞ-ın keçmiş prezidenti Corc Buş deyirdi: "Bizim hər ikimiz yaxşı bilir ki, liderlik çətinliklərə qalib gəlməkdən ibarətdir. Heydər Əliyev məhz çətinliklərə qalib gəlməyi bacardı. Mən onun cəsarətinə, misilsiz dünya görüşünə, nadir natiqliq qabliyyətinə heyranam”.

Bir belə tarixi şəxsiyyətlərdən sonra təbii ki, mənim kimi sadə bir jurnailstə söz düşmür. Amma mən sonda bir xatirəmi mütləq bölüşmək istəyirəm. 1998-ci ilin fevralı idi. Azərbaycanda ölüm hökmü ləğv olunurdu. Açıqlamanı şəxsən jurnalistlərə Heydər Əliyevin özü çatdırırdı. İşlədiyim qəzetdən Prezident Aparatına məni göndərdilər. Aparatda akkreditə olunan jurnalistləri Heydər Əliyev şəxsən tanıyırdı. Mən isə o vaxt onu Azərbaycanda ölüm hökmünün ləğvinə nail olan dövlət başçısı kimi tanıdım.

Qəbri nurla dolsun!

Mənbə : Anspress.com

Oxşar xəbərlər