İkram Rəhimov "Reallıq TV" ilə internet «efirinə» çıxır

  • 04 mar 2021, 01:03
Keçmiş siyasi məhbus, Realliq.info saytın redaktoru İkram Rəhimov yeni "Reallıq TV" layihəsini internet-televiziya formatında həyata keçirməyə başlayıb.
"Biz auditoriyanın internet şəbəkəsində vizual məhsullara marağının artdığını müşahidə edirik və buna görə də onlayn media resursu ilə yanaşı Realliq TV televiziyasını  işə salmaq qərarına gəldik", deyə Rəhimov Turan agentliyinə bildirib.
Yeni TV, daxili və beynəlxalq həyatın mühüm hadisələrini işıqlandıraraq, gündə iki dəfə efirə çıxacaq.
Xatırladaq ki, İ.Rəhimov 2018–ci ilin oktyabrında dövlət başçısının o zamankı köməkçisi Əli Həsənovun ünvanına tənqidi açıq məktubun dərcindən sonra həbs edilib.
12 iyun 2018-ci ildə 5,5 il müddətinə azadlıqdan məhrum edilib. Etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb və 30-cu sutkada - sentyabrın 5-də aclığı dayandırıb.
Sentyabrın 18-də Apellyasiya Məhkəməsi  CM-in 62-ci (qanunla nəzərdə tutulduğundan az cəzanın təyin edilməsi) maddəsini tətbiq etməklə, həbs müddətini 3 ilədək azaldıb. Bir sıra beynəlxalq jurnalist təşkilatları İ.Rəhimovun barəsində hökmü pisləyiblər. /turan.az/

Oxşar xəbərlər