Xızıda polis əməkdaşları qazimizi ziyarət ediblər

  • 08 fev 2021, 09:08

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsində həyatlarını itirən şəhidlərin ailələrini, həmçinin sağlamlıqlarını itirən qaziləri vaxtaşırı ziyarət edir, onların qayğıları ilə maraqlanırlar.

"Demokratik.Az"-ın məlumatına görə, polis əməkdaşları bugünlərdə Qarabağın işğaldan azad edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində mərdliklə vuruşaraq, döyüşlərdə yaralanan qazi Kamran Baxışzadəni ziyarət ediblər. 

Xızı rayonunda yaşayan K.Baxışzadə müharibənin ilk günlərindən müharibəyə yollanıb. Bir çox kənd və qəsəbələrin işğaldan azad olunması uğrunda silahdaşları ilə birgə mərdliklə döyüşüb. Oktyabrın 14-də  Suqovuşanın işğaldan azad olunması istiqamətində gedən döyüşdə düşmənin atdığı mərmi nəticəsində yaralanıb, hər iki gözünü itirib. Lakin Böyük Zəfərimiz qəlbini nurlandırır. Nikbindir, deyir, bu Qələbəmiz tarixdə daim yaşayacaq. 

Polislər görüşdə dövlətimizin şəhid ailələrinə və döyüşlərdə sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıyan danışaraq, Vətən müharibəsində əldə etdiyimizin Qələbəni şəhidlərimizin, qazilərimizin və hal-hazırda orduda xidmətini davam etdirən mərd oğullarımızın sayəsində əldə edildiyini vurğulayıblar. Qazimizlə fəxr etdiklərini bildirərək, ona möhkəm can sağlığı arzu ediblər. 

Göstərdikləri mənəvi və maddi dəstəyə görə Kamran Baxışzadə və ailəsi Azərbaycan polisinə minnətdarlıqlarını ifadə ediblər. 

Oxşar xəbərlər