Azərbaycanın elan saytlarında Ermənistan avtomobil markası (fotofakt)

  • 14 yan 2021, 22:45
Azərbaycanın elan saytlarında Ermənistana məxsus avtomobil markası (ErAZ-Ermənistan avtomobil zavodu) da gözə dəyir.
Bu barədə Ens.az saytı xəbər yayıb.
Sayt Masin.az saytından verilən məlumata əsasən bildirib ki, Azərbaycanın elan saytlarında Ermənistanın avtomobil zavodunun markasını da əlavə etmək seçimi mövcuddur. Bu fakt sayt üçün model marka bazası hazırlanarkən aşkar edilib. Bundan sonra araşdırma nəticəsində bu seçimin Azərbaycanın bir neçə avtomobil elanları və ehtiyat hissələri saytında mövcud olduğu aydın olub. Bu marka ErAZ markasıdır ki, Ermənistan avtomobil zavodunun istehsalıdır. Adıkeçən erməni zavodu hazırda fəaliyyət göstərməsə də, bir neçə marka istehsal edib. 
Bəzi saytlarda ErAZ, bəzilərində isə Yeraz olaraq qeyd edilib və 762 modeli ilə elan əlavə etmək seçimi mövcuddur.
Ümid edirik, elan saytlarının rəhbərləri bu faktdan sonra saytlarında düzəlişlər edəcəklər. 
Qeyd edək ki, Masin.az saytı tezliklə fəaliyyətinə başlayacaq. Bu saytda avtomobil sahəsini tam əhatə edən elanlar, xidmətlər, maraqlı məqalələr, avtomobil sahəsinə aid son xəbərlər yerləşdiriləcək.
Oxşar xəbərlər