Yeni il kabusu: yenə yüzlərlə quş tələf oldu (Foto)

  • 02 yan 2021, 12:55
İtaliyanın paytaxtı Romada Yeni ili qarşılamaq üçün istifadə edilən fişənglər yüzlərlə quşun tələfinə səbəb olub.

Müsavat.com xarici KİV-lərə istinadən bildirir ki, 2021-ci ilin gəlişi Romada adəti üzrə yenə də atəşfəşanlıqla qeyd olunub. Lakin bu dəfə də atəşfəşanlıq yüzlərlə quşun tələf olmasına gətirib çıxarıb. Sosial şəbəkələrdə Roma küçələrinə səpələnən quş cəsədləri ilə bağlı fotolar yayılıb.

Beynəlxalq Heyvanları Qoruma Təşkilatının sözçüsü Loredana Diglio quşların ölməsinin bir çox səbəbinin ola biləcəyini bildirib. Diglio hər il fişənglərin ev və vəhşi heyvanlara xəsarət yetirdiyini və ya stress yaratdığını deyib:
"Ola bilsin ki, quşlar atəşfəşanlıqdan gələn səs-küy səbəbindən qorxudan ölüb. Və yaxud birlikdə uçarkən bir-birlərini pəncələri ilə vurublar və ya elektrik xətlərinə dəyiblər. Unutmayaq ki, quşlar qorxudan ürək tutmasından da ölə bilirlər".

Fakt isə budur ki, hər il quşlar məhz Yeni il gecəsi kütləvi qırılır.
Oxşar xəbərlər