Qafqazın iki xalqı: İki Azadlıq Meydanı, iki tale və bir İlahi Ədalət

  • 10 dek 2020, 16:57
Azərbaycan Ordusunun cəbhədə Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr vurması, torpaqlarımızı azad etməsi, hər bir Azərbaycan vətəndaşı, eləcə də xaricdə yaşayan soydaşlarımız, həmçinin bir sıra digər ölkələrin vətəndaşları tərəfindən böyük sevinclə qarşılanır. Onlar sevinc və qürur hissləri ilə Rəşadətli Ordumuza, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkürlərini bildirirlər. Hamımızın bildiyi kimi artıq bir neçə gündür respublikanın baş meydanı olan Azadlıq Meydanında Zəfər Paradına hazırlıqlar başa çatıb. Bakı sakinlərinin və qonaqların bu bir neçə gündə ən çox ziyarət etdikləri həmin meydandı.
 
Bakı, Azadlıq Meydanı!

Bu gün- dekabrın 10-da Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak edirlər.
“Dəmir yumruq” əməliyyatında - Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəyə həsr olunmuş Zəfər paradına müdafiə nazirinin müavini, “Zəfər” ordenli general-leytenant Kərim Vəliyev komandanlıq edir.
Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi nəzərdə tutulur. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq. Hərbi orkestr “Azərbaycan fanfarası”nı ifa etdi. Bir sözlə Azadlıq meydanı yüksək coşqu və sevinc müşahidə edilir. Vətəndaşlarımızın nikbinlik və hədsiz sevinc hissi simalarından, gözlərindən oxunur.
 
İrəvan, Azadlıq Meydanı...

Daha bir Azadlıq meydanı var ki, o da Yerevanda yerləşir. Bir neçə gündür ki, İrəvanda Azadlıq meydanında etiraz aksiyaları səngimir. Artıq Azərbaycanın Ermənistan üzərində qələbəsindən sonra bu ölkə çalxalanmaqda, qarşısıalınmaz iğtişaşlara başlamaq ərəfəsindədir. Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edənlər bir həftə əvvəldən Yerevanın müxtəlif rayonlarından parlamentin binasının qarşısında eyni zamanda Yerevanın mərkəzi meydanı olan Azadlıq meydanının qarşısına doğru yürüş edirlər.
Bildiyiniz kimi, dekabrın 9-u yerli vaxtla saat 16:00-da “Vətəni xilas edək” hərəkatının etiraz aksiyası keçirilib. Aksiyalar etirazçıların istəkləri baş tutana qədər dayanmayacağı bildirilir.
İlahi Ədalət
Bu gün iki xalq meydanlardadı.. Hər iki xalq öz Azadlıq Meydanında taleyinə yazılmış mühüm hadisəni yaşayır. İlahi Ədalət haqlı olan tərəfdədi. İlahi Ədalət Azərbaycan xalqının üzünü güldürməkdədir. Yaşasın Azərbaycan Ordusu, Yaşasın Azərbaycan Xalqı , Yaşasın Ali Baş Komandan, Yaşın qardaş Ölkə Türkiyə!
Əntiqə Rəşid /"Ədalət" qəzeti/
Oxşar xəbərlər