Aslan İsmayılov Əli Həsənovun "trolu"nu məhkəməyə verdi - Sonuncunu müdafiəmi edək?!

  • 17 noy 2020, 22:17
ƏHSƏN DÜŞÜR ƏLİ HƏSƏNOVUN BU "İGİDİ"NƏ, "TROLUNA", MÜDAVİMİNƏ?! ONU MÜDAFİƏMİ EDƏK?
Bugün sosial şəbəkələrdə və bəzi saytlarda tirajlanan ən sönük və ən əzik təbliğat-təşviqat nümunəsi Taleh Şahsuvarlı adlı bir trol jurnalistin müdafiəsi naminə edilən çağırış xəbərləridir. Başda BAXCP partiyasının rəhbəri Qüdrət Həsənquliyev, müavini Niyaməddin Niyameddin Orduxanlı bəy və bir çoxları adıçəkilən media adamını tərif etməklə ona qarşı bir məhkəmə prosesinin dayandırılmasına çalışırlar ki, bu başadüşülən deyil.
Çünki, bəs nə var, nə olmuş?! -tanınmış hüquqşünas Aslan Ismayilov uzun illərdir ki, cani-könüldən prezidentin sabiq köməkçisi, media qəssabı Əli Həsənova aramsız eşqlə məddahlıq edən, onun sifarişilə şəxsiyyət əleyhinə qələm çalan Taleh Şahsuvar(ov)lını yenə məhkəməyə verib və ondan qərəzlə yazdıqlarının məhz indi hesabını soruşur. Bəziləri üçün də bu hal orduya hörmətsizlikmiş və ya Talehə qarşı doğru deyilmiş!
Bütün jurnalistlərdən Talehi müdafiə etməyi istəyən BAXCP sədr müavini öz facebook hesabında götürüb yazır ki, "Taleh Şahsuvarov vətən müharibəsindədir. Ön cəbhədə savaşdadır. Bu gün onu Aslan İsmayılov yenə məhkəməyə verib. Səbəb də amerikada yaşayan erməni diasporasına rəhbərlik edən Kristina Paşuanın olmasıdır. Bu qadın Cənubi Koliforniya Unversitetindəki Erməni Tələbə Assossiyasına rəhbərlik edib. Bir müddət sonra Gürcüstanda "Yeni Liderlər Təşəbbüsü" adlı layihə həyata keçirdib. Layihə zamanı Aslanın da oğlu onunla birgə olub. Taleh bir sayt redaktoru kimi həmin faktı saytında yayıb. Baş vermiş bu biabırcılığın üzərindən keçmək olmaz. Niyə etiraz etmirsiniz, niyə susursunuz?! Axı Taleh 25 ildir mətbuatımızın ən parlaq nümayəndələrindən biridir və hər zaman öz qələmi ilə Ali Baş Komandan İlham Əliyevə dəstəyini nümayiş etdirib! Bu gün Talehin əlində qələm yoxdur, silah var! Və yenə də Ali Baş Komandanı əlisilahlı zabit kimi müdafiə edir! Bu gün Taleh Azərbaycan mətbuatında olan çox az saylı Qarabağ QAZİlərimizdən biridir!..."
Doğrusu, şəxsi münasibətlər zəminində bir siyasi partiyanın Qarabağda və ölkənin siyasi sferasında cərəyan edən daha mühüm hadisələri unudaraq belə şeylərə vaxt və özəl həvəs tapmaları, media cameəsində məhz Talehkimisinə qalxan olmağa çalışması şəxsi vətəndaşlıq mövqeyimə görə, böyük qəbahətdir. Digər yandan, hüquqi dövlətdə yaşadığını, az qalsın gündə bir neçə dəfə demokratik cəmiyyətlə ayaqlaşdığını hayqıran BAXCP rəhbərliyinə sual edilməlidir ki, "Axı siz hansı məntiqlə "trol" bir jurnalistin məhkəməyə verilməsini haqsılıq adlandırır, biz jurnalistləri də bu olaya susmamağa, məlum ismi müdafiə etməyə çağırırsınız? Bu hansı siyasi dəst-xəttdir, belə özəl təəssübkeşlik nümunəsini kimə və nəyə borcluyuq?
Əgər cavabı doğrudan da Talehin əlinə qələm deyil, avtomat almağıdırsa, cəbhəyə yollanmağıdırsa, vətən və millət naminə #QarabağAzərbaycandır! deməsidirsə, bu yanaşmanı rədd edir, məhkəmənin nədənsə xofuna düşənləri Talehin öz adından vətənşüvən hesab edirəm. Çün, əgər, Taleh Şahsuvarlı jurnalist olaraq məhkəməyə verilibsə bu onun öyündüyü peşə fəaliyyətindən və qarşı tərəfin hüquq və azadlığından ortaya çıxır. Bu məsələnin vətənpərvərliklə, orduya hörmətsizliklə uzaqdan-yaxından ilgisi yoxdur. Xüsusilə də mənfur düşmən artıq sülhə, aşkar təslimçiliyə də məhkum olub ki, bu durumda cavabdehin mənəvi üstünlüyünə, özəl hərbçi minnətinə də real şərait yoxdur. Zaman-zaman "Əli dayısı" barədə yazılanları təftiş edən, onun sifarişlərilə məlum şəxsləri (Xüsusilə Aslan İsmayılovu) sicilləmə qeyri-publisistik məqalələrilə nüfuzdan salmağa çalışan bir "trol" mütləqdir ki, indi məhkəmə hüzurunda yazdıqlarını isbat edə, - YOX, - adəti üzrə məlum detalları yalan-böhtanlarla uydurub yazıbsa, mərdliklə cavab verə, üzr istəyə...
Talehin müdafiəsinə qalxanlar, bəlkə özünüzə bir sualı da qeyd edəsiniz, əgər, Taleh həqiqətləri yazıbsa, indi məhkəmədə Aslanın - Allahverdinin pəncəsindən niyə qorxsun ki? Ya siz, niyə onun məhkəməyə qanuni çağırışına (gəlişinə) belə darılırsınız, bəhanəsini də hərbi formada və qalib cəbhəmizdə axtarırsınız?..
P.S... Əslində həqiqətən də ən önəmli detal Talehin indi Qarabağa doğru əlinə silah alıb, özünün xoşagəlməz jurnalistikasına bir ara verib vətəninə, millətinə, cəmiyyətinə daha faydalı ola bilməsidir. Bu önəmi ucuzlaşdırmasanız yaxşıdır...
DAHA ÖNƏMLİ MƏSƏLƏ - Əslində, Aslan İsmayılov Taleh Şahsuvarlını deyil, yenə, birbaşa Əli Həsənovu məhkəməyə verib. Və bu durumda müşahidə edilən məhkəmə qorxusu oğlu Şamxalla xaricdə keyf sürən şəxsin qorxusudur...
P.P.S - "Bir zaman Əli Həsənov Hafiz Hacıyev vasitəsilə necə ki, Aslan İsmayılovu məhkəmələrdə süründürürdü, görünür, indi də Aslan İsmayılov haqlı olaraq Əli Həsənovun "quyruğundan" yamanca bərk yapışıb. Öz talehindən küs, ay Taleh, Əli səni işə, sənin əlinlə də Aslanı yaman dilə-dişə salıb...!...
Yalnız, hərbçi adına sayqılarla:
Osman Nərimanoğlu
Oxşar xəbərlər