69 min “Şevrolet” geri çağırılır

  • 14 noy 2020, 09:24
ABŞ-ın avtomobil istehsalçısı “General Motors” (GM) batareyalarındakı yanğın təhlükəsi səbəbiylə təxminən 69 min “Chevrolet Bolt” markalı elektrikli avtomobilini geri çağırır.

Bu barədə şirkətin açıqlamasında deyilir.
 
““General Motors” və “Chevrolet” Koreyadakı “LG Chem” zavodunda istehsal olunan yüksək gərginlikli batareyalı, 2017-2019-cu il istehsalı “Chevrolet Bolt” avtomobillərini könüllü olaraq geri qaytarmaq qərarına gəliblər. Belə ki, batareyalar tamamilə dolduqda yanğın təhlükəsi yarada bilər”, - deyə açıqlamada qeyd olunub.
 
Bildirilir ki, artıq akkumulyatorda baş verən nasazlıq səbəbindən beş yanğın hadisəsi qeydə alınıb. Onlardan üçü oktyabr ayında baş verib. Bu hadisələr nəticəsində iki nəfər yüngül xəsarət alıb.
Oxşar xəbərlər