Kəlbəcərli gənclər əsgərlərə sovqat apardılar - fotolar

  • 25 okt 2020, 20:35
Azərbaycanın ərazi bütövlüyü bərpa edildikcə, rəşadətli ordumuz tərəfindən işğalçı-terrorçu ermənilər doğma el-obamızdan it kimi qovulduqca milli birliyimizin və həmrəyliyimizin ahəngi artır, Azərbaycançılıq missiyası ordumuzun və ali baş komandanımızın simasında unudulmayacaq tarix yazır. Neçə ki, bütün xalq səfərbərdir, bir-birinə CAN deyir, CAN AZƏRBAYCAN naminə əsgərlərimizə hər cür dəstəkdir, bu fədakar və cəsur milləti bundan sonra kimsələr yenəməz, yurdumuzu kimsə işğal edəməz! 
Bugün əslən Kəlbəcərdən olan bir neçə gəncin, xüsusilə tanınmış gitara ifaçısı Azər Zakiroğlu və Ədalət Zamanovun təşkilatçılığı və maliyyə dəstəyilə Göygöldə "N" saylı hərbi hissənin əsgərlərinə aparılan geyim sovqatına şahidlik etdik. Bu son zamanlar müşahidə etdiyimiz ORDUYA DƏSTƏK adlı xoş təşəbbüslərin kiçik bir nümunəsidir. 
İndi məcburi köçkün qardaşlarımızın da səngərdə dayanan bir əsgər kimi olduğunu hiss etdik. Onlar əsgərlərimiz üşüyəndə üşüyür, sevinəndə sevinir, irəli getdikcə qələbəyə ruhlanırlar. Yəni, əsası odur ki, qəlbləri ön cəbhədəki əsgərlərlə döyünür. 27 ildir ki, işğal altında qalan Kəlbəcərlərinin azadlığı üçün də hər gün dua edirlər.
Və elə bu dəqiqələrdə prezidentin dedikləri daha çox onları sevindirib. Şükür ki, Kəlbəcərlilərin duaları da artıq qəbul olunur, qızıl vətən işğaldan azad olunur.
Gözün aydın Kəlbəcərlilər - rayonun bir neçə kəndi yağı tapdağından qurtulub...
İnşəallah özünə də çox az qalıb...
Allah əsgərlərimizi və millətimizi qorusun! Ali baş komandanı sağ olsun!
Bütün səxavətli yardımsevərləri tanrı həmişə var eləsin. Gerisi sadəcə təfərrüat!!!
#QarabağAzərbaycandır
#Kəlbəcərəqayıdırıq
Demokratik.Az



Oxşar xəbərlər