ENS.AZ-dan Eksklüziv layihə: "Əsgərlərimizə açıq məktub yazaq!"

  • 21 okt 2020, 19:44
Azərbaycanda daha çox ensiklopedik məlumatların tirajlanmasında xüsusi əhəmiyyəti və faydalılığı ilə seçilən ENS.az saytı "Əsgərə açıq məktub" adlı eksklüziv onlayn layihəyə start verib. Müzəffər ordumuzun Qarabağın və ətraf rayonlarımızın erməni işğalından təmizləməsi kimi şərəfli missiyasını yerinə yetirərkən belə bir layihə "Vətən müharibəsi"nə aid maraqlı ictimai təşəbbüslərdəndir.
EDemokratik.Az NS.Az saytına istinadən bildirir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda rəşadətli ordumuz tərəfindən həyata keçirilən uğurlu əməliyyatların getdiyi bir vaxtda Ens.az saytı istənilən oxucuya sayt vasitəsilə "Əsgərə açıq məktub" yazmağa imkan yaradır.
Burada isə söhbət yalnız konkret tanıdığınız əsgər və zabitə məktub yazılmasından getmir. Ön xətdə döyüşən hərbçilərimizə mənəvi dəstək vermək baxımından vətəndaşların onlara ürək sözlərini, arzularını çatdırmaq nəzərdə tutulur. Axı müharibədə ağır döyüşlər zamanı ordumuza arxa cəbhənin mənəvi dəstəyi olduqca vacibdir. Bəs bunun üçün nə etmək lazımdır?
- Ens.az saytında qeydiyyatdan keçmək;

Kompüter versiyası

Mobil versiya
- Email ünvanına gələn aktivləşdirmə linkinə keçərək hesabı aktivləşdirmək;

- Saytda Profildə "Əsgərə Məktub"-a keçərək məktubun başlığını, məzmununu və dolduraraq məzmunu göndərmək;

Kompüter versiyası

Mobil versiya
- Administratorun məzmunu təsdiqləməsini gözləmək.

Əlavə olaraq Ens.az saytında anlıq bildiriş sistemi quraşdırılmışdır. Yəni sizin əlavə etdiyiniz məzmunlara kimsə şərh yazarsa və ya şərhinizə cavab yazarlarsa saytı yeniləmədən bildiriş alacaqsınız.
Biz harada yaşamasındsan asılı olmayaraq həmvətənlərimizi bu maraqlı layihədə fəsl iştirak etməyə, yeni tariximizin yazılmasına töhfə verməyə çağırırıq. 
Oxuculardan bu məlumatı mümkün qədər paylaşmalarını xahiş edirik ki, daha çox insanlarımız xəbərdar olsun.
Vətəndaşlarımızı bu layihədə aktiv iştirak etməyə çağırırıq!
Oxşar xəbərlər