Azərbaycanın Qarabağda dron müharibəsi: Hansı üstünlüklərimiz var?

  • 11 okt 2020, 15:32
Azərbaycan ordusunda Bayraktar TB2-nin olduğuna dair bir sübut yoxdur, lakin prezident İlham Əliyev Azərbaycan ordusunun türk dronlarından istifadə etdiyini söyləyib
Azərbaycanın pilotsuz təyyarələrinin Dağlıq Qarabağdakı erməni hədəflərini necə vurduğunu göstərən videogörüntülər ötən əsrdən bəri davam edən münaqişədə yeni gərginliyin vizual rəmzlərindən birinə çevrilib.
Azərbaycan Müdafiə Nazirliyi kəşfiyyatçı pilotsuz təyyarələrin çəkdiyi görüntüləri, pilotsuz aparatların kameraları ilə çəkilmiş videoları və ya "kamikadze dronları" tərəfindən ötürülən kadrları yayımlayır. Kamikadze dronlar hədəfi atəş açmadan, ona çırpılmaq yolu ilə hədəfi məhv edir.
Son bir neçə ildə Bakı və Yerevan silah almağa böyük miqdarda pul xərcləyiblər - Azərbaycan Ermənistandan daha çox pul xərcləyib.
Azərbaycan pilotsuz sistemlərə Ermənistandan daha çox diqqət yetirirdi. Mütəxəssislər bunu hələ 2016-cı ildə, bölgədə dörd gün ərzində şiddətli döyüşlərin baş verdiyi zaman qeyd ediblər. 2020-ci ildə həmin tendensiya artıq aşkar bir fakta çevrildi.
Azərbaycan ordusunda Bayraktar TB2-nin olduğuna dair bir sübut yoxdur, lakin prezident İlham Əliyev Azərbaycan ordusunun türk dronlarından istifadə etdiyini söyləyib
Azərbaycanın pilotsuz təyyarələrinin Dağlıq Qarabağdakı erməni hədəflərini necə vurduğunu göstərən videogörüntülər ötən əsrdən bəri davam edən münaqişədə yeni gərginliyin vizual rəmzlərindən birinə çevrilib.
Azərbaycan Müdafiə Nazirliyi kəşfiyyatçı pilotsuz təyyarələrin çəkdiyi görüntüləri, pilotsuz aparatların kameraları ilə çəkilmiş videoları və ya "kamikadze dronları" tərəfindən ötürülən kadrları yayımlayır. Kamikadze dronlar hədəfi atəş açmadan, ona çırpılmaq yolu ilə hədəfi məhv edir.
Son bir neçə ildə Bakı və Yerevan silah almağa böyük miqdarda pul xərcləyiblər - Azərbaycan Ermənistandan daha çox pul xərcləyib.
Azərbaycan pilotsuz sistemlərə Ermənistandan daha çox diqqət yetirirdi. Mütəxəssislər bunu hələ 2016-cı ildə, bölgədə dörd gün ərzində şiddətli döyüşlərin baş verdiyi zaman qeyd ediblər. 2020-ci ildə həmin tendensiya artıq aşkar bir fakta çevrildi.

Qalmaqallı dron

Türk pilotsuz aparatlarının ixracı və istifadəsi barədə rəsmi məlumatların olmaması, ola bilsin ki, üçüncü ölkələrin texnologiyalarının istifadəsi ilə əlaqəlidir. Bazar ertəsi günü məlum olub ki, Kanada pilotsuz aparatların istehsalında istifadə olunan texnologiyanın Türkiyəyə ixracıını Qarabağda istifadə olunmasına dair şübhələrə görə dayandırır.
"Kanadanın sərt ixracat nəzarət rejimi və davam edən döyüşlər səbəbindən vəziyyətin qiymətləndirilməsinə vaxt ayırmaq üçün Türkiyəyə ixrac üçün müvafiq icazələrinin verilməsini dayandırdım,"- Kanada xarici işlər naziri François-Philippe Champagne bəyan edib.
Kanadanın qeyri-hökumət təşkilatı olan Project Plogshares iddia edir ki, Qarabağda dronlardan endirilən zərbələri əks etdirən kadrlarda çəkilişin L3Harris Technologies Inc şirkətinin Kanada şöbəsinin avadanlığından istifadə edilərək aparıldığı görünür.
Buna cavab olaraq, Türkiyə Müdafiə Nazirliyi NATO müttəfiqi olan Kanadanı ittifaqın müttəfiqlik ruhunu pozmaqda günahlandıran bir açıqlama verib. "Azərbaycanın 30 ildir Ermənistanın işğalı altında olan ərazilərini azad etmək uğrunda apardığı qanuni mübarizəni səbəb kimi gətirərək ölkəmizə müəyyən hərbi məhsulların ixracı üçün icazələrin dayandırılması barədə Kanadanın açıqlaması ikili standartların açıq təzahürüdür," - sənəddə deyilir.

Dron ordusu

Azərbaycan ordusu bir çox pilotsuz aparatlardan və digər modellərdən istifadə edir.
ABŞ-ın Bard Kollecinin hərbi pilotsuz təyyarələri üzrə tədqiqat mərkəzinin verdiyi məlumata görə, bir il əvvəl Azərbaycan ordusunun ixtiyarında İsrail istesalı olan Heron TP (2 ədəd) və Hermes 4507 (10 ədəd), Sky Striker (100 ədəd) və Harop (50 ədəd) kəşfiyyat və keşikçi pilotsuz aparatları olub.
Bundan əlavə, eyni mənbəyə görə, İsrail ilə Azad Systems adlı birgə müəssisədə Azərbaycanda kəşfiyyat dronu Aerostar və "kamikadze" Orbiter1K və Orbiter-3 istehsal olunub. Nəhayət daha iki uzaq mənzilli Hermes 900 dronu Sahil Mühafizəsi xidmətində olub.
London Kral Kollecinin Hərbi Tədqiqatlar Fakültəsinin aspirantı, hərbi ekspert Rob Lee-nin BBC Rus Xidmətinə verdiyi məlumata görə, Qarabağdakı münaqişənin indiki gərginləşməsində pilotsuz aparatlardan istifadənin əsas fərqləndirici cəhəti raket-bomba silahı daşıyan hücum dronlarının tətbiq olunmasıdır. Əvəllər Azərbaycan həmin məqsədlər üçün yalnız "kamikadze" dronlardan istifadə edirdi.
Ermənistanın yaydığı videolardan birində zenit raket ilə bir təyyarənin vurulduğu göstərilib. Həmin təyyarənin silueti ən çox Sovet İttaifaqının An-2 təyyarəsini xatırladır. Mətbuatda bunun Qarabağın hava hücumundan müdafiəsinin atəş mövqelərini aşkarlamaq məqsədilə hazırlanmış həmin təyyarənin pilotsuz versiyası ola bilməsi barədə fərziyyələr irəli sürülüb.

"Durna" və "Tor"

Andrey Frolovun sözlərinə görə, Ermənistan son illərdə pilotsuz təyyarələrin alınmasında iştirak etməyib - ola bilsin ki, ermənilər Azərbaycanın pilotsuz təyyarələrinin nə dərəcədə təhlükəli olduğunu düzgün qiymətləndirməyiblər.
"Rusiyanın belə bir aparatları yoxdur və buna görə ya Çindən, ya da İrandan almaq lazım gələcək idi. Ancaq bunların hamısı puldur - əgər Ermənistan Rusiyadan güzəştli kreditlə ala bilərdisə, Çinlə bunu etmək çətindir".
Ermənistan "Krunk" (Durna) adlı yüngül kəşfiyyat dronu istehsal edir. Dağlıq Qarabağda belə aparatın neçə ədəd olduğu barədə məlumat yoxdur.
Frolovun sözlərinə görə, Ermənistan Rusiyadan dronlara qarşı effektiv şəkildə istifadə edilə bilən qısa mənzilli Tor zenit raket kompleksləri alıb, lakin Qarabağda onlar gözə dəyməyib.
Azərbayan dronundan çəkilmiş kadrAZERBAIJAN MOD
Şəklin alt yazısı,Azərbaycan dronundan çəkilmiş bu kadrda zərbəyə məruz qalacaq Osa zenit qurğusu göstərilib.
Dağlıq Qarabağda Sovet istehsalı olan Osa və Strela tipli zenit-raket kompleksləri var, onların köməyi ilə bir neçə Azərbaycan pilotsuz aparatlarını vurmaq mümkün olub.
Pilotsuz aparatlar Azərbaycana kömək etdimi?
Azərbaycan Ermənistan mövqelərinə pilotsuz təyyarələrin zərbə endirdiyini göstərən onlarla video yayımlayıb.
Pilotsuz aparatların vurduğu hədəflər arasında, əsasən, hərbi texnika, daha az hallarda anbarlar və ya hərbi personal olur. Hücuma məruz qalan obyektlər arasında Osa və Strela-10 zenit raket sistemləri də var.
Qarabağda belə hava hücumundan neçə müdafiə sisteminin yerləşdirildiyi və bunun nəticəsində Ermənistan hava hücumundan müdafiə qüvvələrinin nə qədər zərər çəkdiyi məlum deyil.
Rob Lee-nin qeyd etdiyi kimi, pilotsuz təyyarələrlə mübarizə baxımından Osa və Strela-10 qurğuları böyük rol oynamır: "Dronların bir neçə Osa AKM və Strela-10 komplekslərini vurduğunu əks etdirən çox sayda video var. Bunlar əslində köhnə hava hücumundan müdafiə sistemləridir. Çox güman ki, həmin qurğuların radarları vasitəsilə TB2 dronlarını aşkar etmək üçün səylər göstərilib, lakin bu komplekslər helikopter və hücum təyyarələrinə qarşı mübarizə aparmaq üçün hesablanıb və bu səbəbdən kiçik dronların qarşısını almaq bu sistemlər üçün çətin idi".
Digər tərəfdən, ola bilər ki, pilotsuz təyyarələrin vəzifələrindən biri də Qarabağın hava hücumundan müdafiə sisteminin zərərsizləşdirilməsi olub.
Azərbaycan dronunun kamerasının obyektivinə hədəf üzərindən uçan digər bir dron düşübAZERBAIJAN MOD
Şəklin alt yazısı,Azərbaycan dronunun kamerasının obyektivinə hədəf üzərindən uçan digər bir dron düşüb
Rusiyalı hərbi ekspert Viktor Muraxovskinin qeyd etdiyi kimi, Qarabağın hava hücumundan müdafiə sistemi Ermənistandan xeyli zəifdir, ayrı-ayrı köhnə komplekslərdən ibarətdir, fasiləsiz bir radiolokasiya sahəsinə sahib deyil və bu səbəbdən də pilotsuz təyyarələr orada "cəzasız" işləyə bilir.
"Buna baxmayaraq, Dağlıq Qarabağdakı bütün hava hücumundan müdafiə sistemləri məhv edilməyib və qarşı tərəf də bunu yaxşı bilir. Biz Qarabağdakı döyüş meydanı üzərində pilotlu təyyarələrin hərəkət etdiyini görmürük. Azərbaycanın nə hücum təyyarələri, nə də döyüş helikopterləri orada görünmür".
Qarabağ mövqelərinə pilotsuz təyyarələrin endirdiyi zərbələrin videoyazıları İnternetdəki auditoriyanı təsirləndirib - sosial şəbəkələrdə yayımlanır, bəzən çox emosional tərzdə müzakirə olunur. Bununla belə, Muraxovskiyə görə, bu videolardan pilotsuz təyyarələrin istifadəsinin effektivliyini qiymətləndirmək düzgün deyil: "Uğursuzluqlar və məğlubiyyətlər şəbəkələrdə yayımlanmır".

Dronlardan necə qorunmaq olar?

Rob Lee-nin fikrincə, erməni tərəfi, çox güman ki, pilotsuz aparatların zərbələrindən ciddi itkilərə məruz qalıb (tərəflər dəqiq məlumatları açıqlamayıblar), "lakin bu, Azərbaycanın mütləq TB2 ilə taktiki uğurları strateji uğura və ya ərazi qazanclarına çevirəcəyi anlamına gəlmir."
"TB2 bu münaqişədə tək başına qələbəni qazandıra bilməz, baxmayaraq ki, bu pilotsuz təyyarələr Ermənistanın Dağlıq Qarabağdakı müdafiə qabiliyyətini zəiflədib," - ekspert deyib.
Viktor Muraxovskinin dediyi kimi, pilotsuz təyyarələrin döyüş meydanında yeni bir silah növü olmasına baxmayaraq, olduqca aktiv şəkildə istifadə olunur və onlardan qorunma üsulları artıq ortaya çıxıb. Məsələn, pilotsuz təyyarələrlə Suriyadakı silahlı birləşmələrin üzvləri də qarşı-qarşıya gəlib.
"Bunun yolu yeraltı tikililərə və sığınacaqlara daldalanmaqdır, bu, ən sadə vasitələrdən biridir, hətta bəzən parçaları uzadıb altında da gizlənmək olar, döyüş meydanından qüvvələri seyrəltməkdir, hərbi texnikanın yerləşdiyi mövqelərin örtülməsidir [videoların birində, pilotsuz təyyarə böyük bir hərbi qrupun mərkəzinə zərbələr endirir], üstü örtülü səngərlərdən, sığınacaqlardan istifadə edilməsidir. Qarabağın müasir hava hücumundan müdafiə və pilotsuz təyyarələrlə mübarizə aparmağa qadir olan elektron hərbi sistemlərini almaq imkanının olmadığını nəzərə alaraq, əsas qorunma üsulları bu cür ola bilər," - Viktor Muraxovski deyib.
/mənbə: BBC news Azərbaycanca/
Oxşar xəbərlər