"Nuru Paşa"kafesi müzakirələrə səbəb olub

  • 18 apr 2015, 21:19

Azərbaycanda tarixi qəhrəmanların adının kafe və restoranlara qoyulması adi hala çevrilib.Sosial şəbəkələrdə Nuru paşanın adını daşıyan kafenin şəklinin yayılması vətəndaşlar tərəfindən oxşar təşəbbüslərin bu gün da davam etdiyini göstərir.

Maraqlıdır, tarixi qəhrəmanlaırn adının kafe və restoranlara qoyulması məntiqlidirmi? Tarixi simaların isminin kafelərdə "əbədiləşdirilməsi” təqdir, yoxsa tənqid edilməlidir?  

Bununla bağlı açıqlama verən millət vəkili Fazil Mustafa vətəndaşlar tərəfindən irəli sürülən bu kimi təşəbbüsləri alqışladığını bildirib:  

"Bu, bir vətəndaş təşəbbüşkarlığıdır. Mən bunu yüksək qiymətləndirirəm. Azərbaycanda belə insanların olması sevindiricidir. Azərbaycan qarşısında xidmətləri olan insanlara sadə vətəndaşlar tərəfindən bu cür qiymətin verilməsi təqdirlə qarşılanmalıdır. Mənə də bu kafenin açılışı ilə bağlı müraciət olunmuşdu. Sadəcə, burda olmayacağıma görə bu tədbirdə iştirak edə bilməyəcəm. Hər halda, bu addımı alqışlayıram”.  

Seymur Əliyev

 

Oxşar xəbərlər