Demokratik TV
Xəbər lenti
Nəcməddin Sadıkovla bağlı məlumat yayıldı – RƏSMİ
- 21 iyul 2020, 20:22
Müdafiə Nazirliyi son zamanlar sosial şəbəkələrdə Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun guya vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması barədə yayılan xəbərlərlə bağlı rəsmi açıqlama yayıb.
Nazirlikdən daxil olan açıqlamada deyilir:
“Bu xəbərlər yalandır, iftiradır və düşmən qüvvələrin təxribat məqsədilə yaydığı dezinformasiyadır. Təəssüflər olsun ki, son vaxtlar bu mövzuda xəbərlərin tez-tez sosial şəbəkələrdə yayılması və müzakirə edilməsi bunun qərəzli, düşmənçilik və cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədilə həyata keçirildiyini açıq-aydın göstərir.
Bildiririk ki, Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov hazırda xidmət yerindədir və vəzifələrini icra edir.
Eyni zamanda qeyd edək ki, general-polkovnik Nəcməddin Sadıkovun qardaşı keçən əsrin 80-ci illərinin əvvəlində vəfat edib. Belə bir həssas məqamlarda bu cür həqiqətə uyğun olmayan mövzuların müzakirə obyektinə çevrilməsi heç bir etik normalara sığmır.
Mətbuat nümayəndələrini Müdafiə Nazirliyinin fəaliyyəti ilə bağlı xəbərləri yayarkən maksimum diqqətli olmağa və rəsmi mənbələrdən istifadə etməyə çağırırıq”.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Nəcməddin Sadıkovun 1992-ci ilə aid eksklüziv-VİDEOSU
Nazirlikdən Nəcməddin Sadıkovun işdən çıxarılması xəbərinə MÜNASİBƏT
Prezident generalın anasına, polkovnikin oğluna zəng etdi – FOTOLAR
Baş Qərərgah rəisi Nəcməddin Sadıkov NATO danışıqlarında
Nəcməddin Sadıkov NATO-nun toplantısında iştirak edəcək
General Nəcməddin Sadıqov ABŞ-a getdi
AZƏRBAYCANDA KİMLƏR GENERAL-POLKOVNİKDİR? - Siyahı
Zakir Həsənov Nəcməddin Sadıkovu belə təbrik etdi - Foto
Nəcməddin Sadıqovun erməni genaralla səmimiyyət FOTOsu
Müdafiə naziri cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub - FOTOLAR
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti