Hacı Nuran Bəhram üçün ağciyər donoru olmağa qərar verdi

  • 15 iyun 2020, 19:39
"Bəhram üçün könüllü olaraq ağciyər donoru olmağa qərar verdim".
Bu sözləri sosial şəbəkədə tanınmış aparıcı Hacı Nuran koronavirusdan ağır vəziyyətə düşmüş əməkdar artist Bəhram Bağırzadə haqqında yazarkən bildirib.
Aparıcı ağciyərinin 90 faizi sıradan çıxmış əməkdar artist üçün könüllü olaraq donor olmaq istədiyini deyib:
“Bəhram Bağırzadənin vəziyyətinin kritik olması mənim üçün üzücü xəbərdir. Belə anlarda seyrçi qalmayacağım hamıya bəllidir. Könüllü olaraq ağciyər donoru olmağa qərar verdim. Dost yolunda canımdan can lazımdırsa, əsirgəmərəm, təki bakılı oğlan sağalsın. Təki mənim ciyərlərim ona nəfəs verməyə qadir olsun. Çünki əlimdən dualardan və ciyərimin bir parçasını verməkdən başqa bir şey gəlmir. Tanrı möcüzə göstərsin, Bəhram. Sən bizə, dostlarına, ailənə, tamaşaçılara çox lazımsan".
Xatırladaq ki, əməkdar artist Bəhram Bağırzadə koronavirusa yoluxub. Həkimlər onun ağciyərinin 90 faizinin sıradan çıxdığını bildirir.
Əməkdar artist hazırda Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində ECMO aparatına qoşulu vəziyyətdədir.
Oxşar xəbərlər