Demokratik TV
Xəbər lenti
UNEC-də bəzi kafedra və fakültələr ləğv edilib
- 01 iyun 2020, 19:27
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) struktur dəyişiklikləri olub.
Universitetdən APA-ya verilən məlumata görə, Elmi Şurada Tələbə şöbəsinin ləğv edilərək, Tələbə İşləri Mərkəzi yaradılması, eləcə də UNEC Könüllüləri Tələbə Təşkilatı, Əcnəbi Tələbələrin Cross Culture Təşkilatı və UNEC Mentorluq Xidmətinin yaradılması barədə qərar qəbul edilib.
UNEC-in müəllim, əməkdaş və tələbələrinin rəqəmsal vərdişlərinin daha da artırılması məqsədilə distant təhsil verən dünya universitetlərinin təcrübəsinə əsaslanan və tələbələrdən ibarət Rəqəmsal Könüllülər Təşkilatı yaradılıb.
Şuranın qərarı ilə Nobel mükafatçılarının, eləcə də nüfuzlu xarici mütəxəssislərin təmsil olunacağı UNEC Beynəlxalq Ekspertlər Şurası və distant təhsilə keçidlə bağlı ciddi araşdırmaların aparılması məqsədilə Distant Təhsil Tədqiqat İnstitutu yaradılıb.
Həmçinin “Rus dili” kafedrası ləğv edilərək, “Xarici dillər” kafedrasına birləşdirilib. Bir sıra ixtisasların bağlanması nəzərə alınaraq, “Müəssisənin iqtisadiyyatı” kafedrası da ləğv edilib.
Şurada Texnologiya və Dizayn, eləcə də Ekspertiza və Standartlaşdırma fakültələrinin ləğv edilərək, Rəqəmsal İqtisadiyyat Fakültəsi və Mühəndislik Fakültəsinin yaradılması barədə qərar qəbul edilib.

Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
UNEC tələbələrinə distant dərslər keçir
Millət vəkili: Nəzərlər yenə UNEC-ə yönəlir
UNEC-də MBA proqramında 3 yeni ixtisas üzrə qəbul aparılacaq
Cocuq Mərcanlı məktəbliləri UNEC-ə dəvət olunub
Səninlə fəxr edirik, Azərbaycan əsgəri!
GDU-da mübadilə proqramlarına qoşulan müəllim və tələbələrin sayı artıb
Millət vəkili tələbələrin təhsilhaqqı problemindən yazdı
ADAU-da tələbə təşkilatlarının fəaliyyəti müzakirə olunub
Niderland Krallığının səfiri ADAU-da mühazirə söyləyib
ADAU 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti