İnsanlara örnək olan canlı — ARAŞDIRMA

  • 31 may 2020, 23:19
Bir çox tarixi əfsanələrdə Türk soyunun xilaskarı kimi göstərilən Bozqurd bəlkə də Ulu Tanrı tərəfindən Türklərə göndərilən ilahibir qüvvədir. Bu qeyri-adiliyi canavarın həyat tərzinə nəzər saldığımız andaca görə bilərik. Canavar yaxud (qurd) – latınca Canis sözündən götürülüb və Canidae fəsiləsindən olan yırtıcı məməli heyvan cinsidir. Canavarın qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtəkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər.
Qurdlar yaz başları cütləşirlər. Boğazlıq müddəti 63-65 gündür. Qışda cütləşir, yazda küçükləyirlər, 5-6 bala doğurlar. Balalar cütləşmədən iki ay sonra dünyaya gəlir. Bala dünyaya gələnə qədərsə erkək qurd dişisinin rahatlığı üçün əlindən gələni edir. Bunun üçün əvvəlcə erkək yerin altında bir yuva düzəldir və heç yorulmadan yuvanı və yuvaya gedən lağımı qazmağa başlayır. Lağımın uzunluğu adətən 9 metr olur. İşini başa çatdırdıqdan sonra isə hamilə yoldaşını yeraltı yoldan keçirərək yeni «ev»inə aparır. Burda onu hər cür təhlükədən mühafizəedərək 2 ay müddətində dişisinə qulluq edir. Erkək qurd gecələr ova çıxır, əlinənə keçirsə, toxunmadan dişisinə gətirir. Beləcə, 2 ayın tamamında bala dünyayagəlir. Qurdların bir dəfəyə 4-dən 10-a qədər balası olur.
Balalar doğulduğu zaman gözlərigörmür. Çəkik, mavi gözlər qurd balası doğulduqdan doqquz gün sonra gün işığını görməyə başlayır. Başlanğıcda balalarını ana südü ilə qidalandıran ana, iki həftə sonra onları süddən kəsir. Bundan sonra isə qəribə bir qidalanma taktikası başlayır. Balaların dişləri çıxmadığından, həmçinin mədələri möhkəm qidaya hazır olmadığından ana qurd mədəsindəki yarı həzm olunmuş qidaları qusaraq balalarını bununla doyuzdurur. Bir müddət sonra isə onlara erkəyi ilə bərabər yedikləri yeməkdən verməyə başlayır. Balalar 3 həftəlik olduqları zaman ana vəata birlikdə balaları yuvadan çölə çıxarır və onlara bundan sonra gündəlik həyata qatılaraq ovlamağı, başlarının çarəsinə baxmağı öyrədirlər.
Qurdlarda balası olan qurd ailəsinə çox qəribə bir diqqət olur. Məsələn, balaları olan erkək qurd bir günov tapa bilməmişsə, o günü ətrafdakı qohum qurdlar öz ovlarından həmin ailəyə pay aparırlar.

Qurdların arasında ailə bağları çox qüvvətlidir. Dişisi və balaları yuvada yatdıqları zaman erkək qurd bir təpənin başında oturaraq keşik çəkir. Hər hansı bir təhlükə hiss etdiyi anda isə ilk öncə kəsik-kəsik hürərək ailəsinə xəbər edir, daha sonra ucadan ulayaraq düşməni uzaqlaşdırmağı bacarır.
Balalar böyüyənə qədər ailədə bol sevgi nümayişi gözə dəyir. Ailənin bir üzvü tələyə düşmüş olsa, qohumları onu qurtarmaq üçün əllərindən gələni edərlər.

İnkişafa qaldıqda isə dişi qurdlar erkəklərə nisbətən daha tez böyüyürlər. Erkək üç yaşından əvvəl yetkin sayılmasa da, iki yaşındakı dişi artıq bala doğmağa hazır olur. On, oniki yaşına çatmış qurd qocalmağa başlayır və qurdların ən uzun ömürlüsü 20 yaşına qədər yaşayır.

Qurdların baxışlarından «heyvanlığa» xas olmayan zəka süzülür. Yırtıcıdırlar, vəhşidirlər, ancaq təhrik edilmədikləri halda insanlara dişlərini qıcatmazlar. Qurdların əhliləşməklə araları yoxdur, azadlıqlarına çox bağlıdırlar. Ən hündür zirvələrə çıxmağı və ordan ətrafa nəzarət etməyi çox sevirlər. «Mərdlik» sözü onları ənyaxşı xarakterizə edən sözdür. Onlar azadlığın, hürriyyətin, cəsarətin, qəhrəmanlığınvə çevikliyin simvoludurlar.

Erkək qurdlar əksər kişilərə örnək ola biləcək bir həyat tərzi yaşayırlar. Onlar ömürlərində yalnız bir dəfə bir dişi ilə cütləşər, bizim təbirimizcə desək, ailə qurar və həyatlarının sonunacan öz dişisinə sadiq qalarlar. Dişinin hər hansıbir səbəbdən öldüyü zaman isə erkək qurd dağlara çəkilər və yalquzaq həyatı yaşayaraq ölər. Əgər balaları varsa, onlara analarının yoxluğunu hiss elətdirməmək üçün hər şeyi edərlər. Məsələn, ananın etdiyi kimi balalarını yedirər, balalar yatarkən onları qarnının altında alaraq qucaqlayar, bərabər gəzməyə çıxarar.

Qurdların bir növü isə bozqurdlardır. Bozqurdlar, ümumiyyətlə, evcil heyvanlardan adətən qoyunlara, mallara və atlaratələ «qururlar» və onlar əsla quzulu qoyunlara hücum etməzlər. Maraqlıdır ki, onlar balası yanında olan heç bir heyvana yaxın durmurlar. Bozqurd sürüdən yalnız bir heyvanı tələf edər və bununda yarısını özü yeyər. O biri yarısını isə varsa ailəsinə, yoxsa ova çıxa bilməyəcək qədər yaşlı olan bozqurdlara aparar.

Bozqurdlar qurdlar arasında gələnəyə ən çox bağlı varlıqlardır. Qış gecələrində Şimali Amerikanın ucsuz-bucaqsız düzənliklərində gecələyən insanlar qəribə bir hadisənin şahidiolublar. Onlar deyirlər ki, qurdlar onların yandırdıqları atəşin üç metr yaxınına qədər gəlmiş, dayanıb insanları seyr etmiş və heç bir hərəkət etmədən geri dönmüşlər. İnsanlar isə əsrlər boyunca bozqurda qarşı mənasız bir savaş elan etmiş və onların sayını get-gedə azaltmağa başlamışdır. Qurdlar da insanlardan gördüyü bu vəhşi davranış nəticəsində kimsəsiz bölgələrə çəkilmək məcburiyyətində qalmış və sayları xeyli azalmışdır.

Bozqurdlar məğrur və heç nəyə baş əyməyən heyvanlardır. Onlar heç bir zaman ev heyvanları ola bilməzlər. İnsanla dost olarlar, amma it, ya da başqa heyvan kimi insana tabe olmaz, kölələşməzlər. Çünki bozqurd ev itləri kimi havayı yemək üçün sahibinə yaltaqlanmaqdansa, hürr şəkildə aclıqdan ölməyi üstün tutur. Onlar məğlub ola bilərlər, amma əyilməzlər, öldürülərlər, diz çökməzlər, ovlanarlar, həbsə düşməzlər. Bu baxımdan,
Türklərin bozqurdları yüksək dəyərləndirmələri əbəs deyil. Belə ki, bozqurdlarda da qədim türk gələnəklərinəuyğun bir həyat tərzi var – ataya bağlıdırlar, bir təşkilat halında yaşayırlar və onlarda da hamının tabe olduğu lider var. Savaş zamanı bozqurdlar da türklər kimi yarım aypara şəklində sıralanaraq hücuma keçirlər. Bozqurdların daha birmaraqlı xüsusiyyətləri var – yeganə heyvandırlar ki, dişi taylarını dəhşətli dərəcədə qısqanırlar. Bütün bu kimi xüsusiyyətlərə görə, türklər azadlıqlarının timsalı olaraq Bozqurdu özlərinə simvol seçiblər. Məhz buna görə, Bozqurd türk hürriyyətinin, türk dəyanətinin simvoludur.
Bozqurd - Главная | Facebook
Bu fotoda ilk baxışdan adi, sıralanıb gedən bir canavar sürüsü təsiri bağışlayan bir dəstə canavar görünür. Əslində isə bu çox dəqiqliklə düzülmüş bir canavar ailəsidir. Öndə ən zəif 3 xəstə qurd gedir. Pusquya düşsələr ilk onlar öləcəklər. Əsas vəzifələrindən biri də arxadan gələnlərin yorulmamaları üçün qarı ayaqlayıb yumşaltmaqdır. Onlardan sonra 5 ən təcrübəli canavar — avanqard dəstə gedir. Ortada isə 11 dişi qurd. Dişiləri arxa cinahdan məsul digər 5 təcrübəli qoruyucu qurd izləyir.Ən sonda, sürüdən bir qədər aralı, məğrur yalnızlığı ilə irəliləyənsə liderdir, sürünün başçısı. O, sürünün tamamını görməli, nəzarətdə saxlamalı və onu idarə etməlidir.

Qurdlarla bağlı bir çox əfsanə və rəvayətlər mövcuddur. Bu əfsanələrdən biri də məhz Qədim Roma şəhərinin əsasının qoyulması ilə bağlıdır. Belə ki, Qədim Roma müəllifləri şəhərin qurucuları kimi Rem və Romul qardaşlarının adlarını çəkirlər. Əfsanəyə görə, zalım dayının əmri ilə meşəyə atılan qardaşları dişi bir canavar tapır vəonlara süd verərək bəsləyir. Hadisənin sonrakı gedişi isə artıq hər kəsə bəllidir.

Ümumiyyətlə Qurdlarla bağlı bu cür əfsanələr bir çox xalqların mifologiyaların mövcuddur. Məsələn, Cənubi Amerika hinduları qurdu döyüşə aparan sərkərdə kimi qəbul edirlər. Ümumiyyətlə, əgər Avrasiyada qurd daha çox yol göstərən, döyüş tanrısı kimi xarakterizə edilirsə, Qərbi Avropada ona daha çox ilkin başlanğıc kimi münasibət bəsləyirlər.
Qurdlarla bağlı Hans Bidermanın məşhur“ Simvollar ensiklopediyası”nda xeyli maraqlı məlumatlar var. Məsələn, Qədim misirlilər qurd başlı tanrılara müharibə tanrısı kimi sitayiş edirdilər. Slavyan mifologiyasında isə qurda şərin elçisi kimi yanaşılır. Türklər isə qurd kultuna xüsusi bir ehtiramla bağlıdırlar.

Türklərin Ərgənəkon dastanına görə, hiyləylərastlaşaraq düşmənə yenilən türklərdən sağ qalan bir neçə nəfər qorunmaq üçündağların arasında tək adamın zorla keçəcəyi yolla özlərinə kiçik yurd seçib,illərlə burada yaşayırlar. Bu məkana Ərgənəkon adı verən türklər düz dörd yüzil sonra həm özləri, həm də sürüləri o qədər çoxaldı ki, yurda sığmaz oldular.
Qərara gəldilər ki, əvvəlki vətənlərinə qayıtsınlar. Türklər bu dağdan çıxmaq üçün çıxış yolu aradıqları zaman bir dəmirçi dedi: «Bu dağda dəmir mədəni var. Dəmiri əritsək, buradan çıxa bilərik». Beləcə, dağın geniş yerinə bir qat odun bir qat kömür qoyub od vurdular. Dəmir dağ əridi, türklər Ərgənəkondan çıxdılar və Bozqurdun onlara göstərdiyi yolla qurtuldular.
Oxşar xəbərlər