Xəbər lenti
Bütün xəbərlər

ADAU rektoru müəllimə qarşı qərəzini davam etdirir - NAZİRƏ MÜRACİƏT

  • 20 may 2020, 11:06
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru kollektivə qarşı aqressiyasını davam etdirir.
"Demokratik.Az"-ın məlumatına görə, bu barədə ADAU-nun tədris ustası Hacıyev İlqar Hacı oğlu Kənd Təsərrüfatı Naziri İnam Kərimova açıq məktub ünvanlayıb.
Nazirə xitabən, şikayət mətnində deyilir:
"Hörmətli cənab Nazir! Ola bilsin media vasitəsilə Sizə müraciətim bir qədər təcüblü görünə bilər. Mən bu haqda düşünərək bu yolu seçdim. Çünki, mən iki ilə yaxın müddətdə nazirliyin qaynar xəttinə dəfələrlə müraciət etmişəm. Lakin heç bir nəticəsi olmayıb, əksinə bundan sonra ADAU-nun rektoru İbrahim Cəfərov tərəfindən mənə təziqlər edilməyə başladı. İbrahim Cəfərov rektor olandan bəri, dəfələrlə mənim haqqımda təhqiredici ifadələr işlədib. Ümumiyyətlə bu adamın davranış qaydaları çox kobuddur. Universitetdə nöqsanlar həddindən artıq çoxdur. Şikayət edən adamları işdən çıxartmaqla hədələyir. Hökumətin əleyhinə olan adamları vəzifələrə təyin edir, ştat yarım dərs verir, istədiyi adamların daxili büdcədən maaşlarını artırır. Sonrada Möhtərəm Cənab Prezidentimizə olan sevgisindən danışır. İbrahim Cəfərovun gördüyü bütün işlər belədir. Sözdə başqa cür deyir, əməldə daşqa cür.
Cənab Nazir! Mən Sizin vaxtınızı çox almaq istəmirəm. Mən möhtərəm Cənab Prezidentimizin daxili və xarici siyasətini ürəkdən dəstəkləyən, dövlətimizi sevən universitetin bir işçisi kimi, Sizdən xahiş edirəm ki, mənim şikayətimi araşdırasınız.
Diqqətinizə görə çox sağ olun".
Xatırladaq ki, şikayət müəllifi saytımıza bir müddət öncə də oxşar səpkili şikayət mətni ünvanlamış, ictimailəşdirilməsini xahiş etmişdi. Qarşı tərəfin mətbuat xidməti isə şikayətçinin dediklərini yalanlamağa çalışmışdı.
ADAU-da birbaşa rektor İbrahim Cəfərovun öz iradəsinə dayanan çeşidli özbaşınalıqlar mövcuddur. Lakin, nə qədər tənqid olunsa da, ADAU rektoru universitetdə müəllimlərə və keyfiyyətini durmadan aşağı saldığı tədris mühitinə qarşı istədiyi zorakılıqlarını davam etdirir.
Əslində belə aydın olur ki, rektorun özbaşınalıqlarına nazir İnam Kərimovun özü şərait yaradır...
Demokratik.Az
Oxşar xəbərlər