36 yaşlı gənc nazir müavini təyin olundu

  • 13 may 2020, 21:19
Əliyev Elnur Aydın oğlu İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat yayılıb.
Qeyd edək ki, Elnur Əliyev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 2005-ci ildə İqtisadi İnkişaf Nazirliyində başlayıb. Əmək fəaliyyəti dövründə müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə işləyib, 2017-ci ildən Vergilər nazirinin müşaviri vəzifəsində çalışıb. 36 yaşı var.
Oxşar xəbərlər