Gülmə, korona! ADAU rektorunun bayağı statuslarına "fıs" da girdi

  • 23 apr 2020, 00:13
ADAU rektoru növbəti dəfə tələbələri və feysbuk "dostlar"ını pərişan edib. Qosqoca universitetin rəhbəri yaxın saatlarda bilgisayar arxasına keçərək yazdığı olduqca bayağı cümlələrini, qeyri-məntiqi "siyasi" fikirlərini özünün sosial şəbəkə hesabına yerləşdirib.
AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun statusundan aydın olur ki, O, ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) dünyada pandemiya elan etdiyi koronavirusa ziyalı münasibəti bildirməyə səy göstərir. Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınması istiqamətində dövlətin və hökumətin yürütdüyü tədbirlər planını tərifləməyə çalışır. Təəssüf olsun ki, rektorun paylaşımı xoş niyyətini nəinki uğursuz edir, eləcə də onun nə dərəcədə bayağı düşüncədə olduğunu yenidən üzə çıxarır.
Rektorun yazdığı qeyri-publisistik üslublu yazısının hər cümləsində doğma dilimizin orfoqrafik ahənginə də xələl gətirilir ki, bu nöqsanı ADAU-nun aqronom-professor rəhbəri asanlıqla edir. Demədən keçmək olmaz,
BUYURUN, ÖZÜNÜZ QİYMƏTLƏNDİRİN: 
"Bəzən deyirlər ki, hər pis hesab edilən işdə də bir xeyir var, doğrudan elədir, koronavirus çox mənəm-mənəm dövlətlərin fısını aldı, özlərini dünyada güc mərkəzi hesab edənlərin gücü heç nəyə çatmır, həmin ölkələrdə hər gün yüzlərlə insan əzab əziyyət içində dünyasını dəyişir, əlbəttə biz də buna hamı kimi kədərlənirik, lakin möhtərəm cənab Prezidentin birbaşa göstərişi ilə Azərbaycanda görülən tədbirlər nəticəsində biz bu bəladan az itki ilə çıxmaq gücündəyik. Sözümün canı ayrı mətləbdədir, hər gün onlarla tələbə şəxsən mənə yazır ki, ay müəllim dərslərimiz nə vaxt başlayır, darıxırıq universitetimiz üçün, darıxırıq müəllimlərimiz və tələbə yoldaşlarımız üçün, bilin, ay mənim gözəl balalarım, biz də çox darıxırıq, amma gəlin gözləyək, koronaya qalib gəlib doğma universitetdə görüşərik. Görünür korona sayəsində bizim bir-birimizə nə qədər əziz olduğumuza bir daha inandıq..."-deyə yazıb həşəmətli rektor! 

Gördüyünüz kimi, cəmi bir neçə cümləlik "bəyanat"da İ.Cəfərov gah siyasi icmalçı, gah sosioloq, gah da tələbəsevər rektor kimi uğursuz söz birləşmələrindən istifadə edir, koronavirusa və dünyaya sanki "əzələ" nümayiş etdirir, ifadə seçimində ziyalı kimi davrana bilmir. Ən başlıcası isə, O, bir universitet rektoru olaraq koronavirusun tədrisə vurmuş olduğu ciddi fəsadları "darıxa-darıxa" hesablaya bilmir.
Xatırladaq ki, bu ADAU rektorunun koronavirusa qarşı sərgilədiyi ilk bayağı yanaşma üslubu deyil. O, bir müddət öncəsində koronavirusu "şərəfsiz" adlandıraraq gülüşə və tənqidə səbəb olmuşdu...
Osman Nərimanoğlu
Demokratik.Az
Oxşar xəbərlər