Azərbaycana yardım gətirən Rəqsanə səfirlik işçisi ilə əlbəyaxa oldu - ŞOK VİDEO

  • 18 apr 2020, 19:16
Müğənni Rəqsanə İsmayılova və əri Rusiya Səfirliyinin əməkdaşı tərəfindən hücuma məruz qalıb. Demokratik.Az xəbər  verir ki, hadisə Azərbaycanla Rusiya sərhədində yaşanıb. Əvvəldən elan etdiyi kimi, soydaşlarımıza yardım məqsədilə sərhəddə gələn müğənni yardımı vermək istəyərkən anormal hücuma məruz qalıb. Müğənninin özünün sözlərinə görə, özünü Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşı kimi təqdim edən şəxs rəsmi qurumun (səfirliyin) da yardımda adının çəkilməsini tələb edib. Müğənni yardıma onların pul vermədiyini bildirib və haqlı olaraq da adlarını çəkməyəcəyini deyib. Bundan sonra həmin şəxs yardımın paylanmasına mane olmağa çalışıb. Əraziyə polis çağırıb. Tərəflər arasında əlbəyaxa dava həddində insidentin görüntüləri yalnız təəssüf doğurur. Səfirlik  işçisi  deyilən şəxs müğənninin həyat yoldaşına da hədə-qorxu gəlməyi yaddan çıxarmayıb. "Səninlə sonra görüşəcəm" deyib.
Rəqsanə İsmayılovanın özünün çəkdiyi videofaktı təqdim edirik.
Oxşar xəbərlər